ORDUM VARSA, YURDUM VAR - SƏRGİ

21:21 26-06-2018 | icon 198 | Mədəniyyət
ORDUM VARSA, YURDUM VAR - SƏRGİ

Milli Azərbaycan Tarixi Muzeyində Milli Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş “Ordum varsa, yurdum var!” adlı sərgi açılıb.

 

Versus.Az-ın məlumatına görə, sərgidə hərb tariximizin şanlı səhifələrini əks edən unikal materiallar vardır ki, onların bəziləri ilk dəfə nümayiş olunur. Sərgidəhəmçinin, SSRİ Silahlı Qüvvələrinin Həsən gölü və Xalxin-Qol döyüşləri, Sovet-Fin müharibəsi dövrünün avto-zirehli qoşunları leytenantının tam uniforması nümayiş olunacaq.

 

Məlumdur ki, Qızıl Ordu tərkibində xidmət edən azərbaycanlılar 1937-1940-cı illərdə adı çəkilən döyüşlərdə iştirak etmiş, orden və medallarla təltif olunmuşdular. Həmçinin sərgidə ilk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanı, polkovnik Aslan Vəzirovun komandiri olduğu 1-ci qvardiya həmlə mühəndis-istehkam briqadasının qızıl əsgərinin tam uniforması və hərbi ləvazimatı tamaşaçılara təqdim ediləcək. Məlumdur ki, 1941-1945-ci illər müharibəsində ilk gündən iştirak edən Aslan Vəzirov komandanlığın ən ağır tapşırıqlarını uğurla yerinə yetirmişdir. Onun rəhbərliyi altında 1-ci qvardiya həmlə mühəndis-istehkam briqadası Belorusiyanın azad edilməsi, Almaniyanın bir sıra şəhərlərinin, o cümlədən Berlinin alınmasında iştirak etmişdir. Həmlə briqadalarının döyüşçüləri əksər hallarda düşmənin ən güclü istehkamlarının alınmasına göndərilirdi. Sərgidə ilk dəfə olaraq milli Azərbaycan hərbi hissəsi olan 416-cı atıcı Taqanroq Qırmızıbayraqlı, Suvorov ordenli diviziyasının mayorunun tam uniforması nümayiş etdiriləcəlk. Müharibənin ən ağır döyüşlərində iştirak edən 416-cı atıcı diviziya Qafqazdan Berlinədək döyüş yolu keçmiş, Berlinin rəmzi sayılan Brandenburq darvazalarına al bayraq sancmışdır.

 

Nümayiş olunacaq uniforma və ləvazimat Azad Hüseynovun fərdi kolleksiyasından sərgi üçün təqdim olunub. Tədbirdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, tarix elmləri doktoru Mehman Süleymanov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, tarix elmləri doktoru Nurulla Əliyev, fərdi kolleksioner Yusif Bağırzadə, muzey əməkdaşları, KİV nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açılış nitqi ilə çıxış edərək, Azərbaycan Ordusunun 1918-ci ildə, Cümhuriyyət dövründə təməlinin qoyulması, Ordumuzun tarixi, ərazi bütövlüyümüz və işğalçılara qarşı mübarizəsi mövzusunda, Mehman Süleymanov “26 iyun – Azərbaycan Ordusunun yaradılması günü”, t.e.d. Nurulla Əliyev “Azərbaycan hərb tarixinin öyrənilməsinin vacibliyi”, Muzeyin Arxeologiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “Muzeyin hazırladığı yeni nəşr – “Azərbaycanın qədim silahları” kitab-albomu, Muzeyin Elmi fond işləri üzrə direktor müavini, baş muhafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova “Muzeyin hazırladığı yeni nəşr – “Azərbaycanın Ordusu (1918-1920)” rəsmlər albomu”, Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Əjdər Qafarov “Sərgidə nümayiş olunan döyüşçü rəsmləri – tarixi hərbi uniformaların rekonstruksiyaları”, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov “Muzeyin hazırladığı yeni nəşr – “Azərbaycanda hərbi uniforma tarixindən mövzusunda üç açıqçalar toplusu”, fərdi kolleksioner Yusif Bağırzadə “Şahzadə Abbas Mirzə Qacarın qılıncı” mövzusunda çıxış ediblər.

 

Daha sonra Azərbaycan hərb tarixinin öyrənilməsi və sərginin təşkilində köməyi olan şəxslərə muzey adından təşəkkürnamələr təqdim edilib. Sərgi 25 dekabr 2018-ci il tarixinə qədər davam edəcək.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qırmaq atırlar” - MÜSAHİBƏ

Razi Nurullayev: “İmkan vermək olmaz ki, onlar hakimiyyətə gəlmək üçün Rusiyanın qarşısında aşağılayıcı öhdəliklər götürsünlər”

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

Millət vəkili Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

“Əlillər evdən bayıra çıxa bilməyəcək”

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb

"Rəhbər vəzifələrə maraq azalıb"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək

"Populist çıxışlarla gündəmdə qalmaq istəyir"