"Belələri ruhən erməni olan formal "azərbaycanlılar"dır"

17:13 26-07-2020 | icon 199 | Siyasət
"Belələri ruhən erməni olan formal "azərbaycanlılar"dır"

Əlisahib Hüseynov: "ermənilər onların axmaq fikirlərindən əleyhimizə eninə-uzununa istifadə edəcəklər"

 

"Osmanın qızını ideallaşdıranlar və bütləşdirənlər, buyurun, bu da erməni maraqlarına xidmət edən sizin sevimli, əziz Sevinc Osmanqızınız..."

 
 
Versus.Az xəbər verir ki, bu sözləri Sevinc Osmanqızının son çıxışına müasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
 
 
Partiya sədri qeydedib ki, azğınlaşmış ermənilərin müxtəlif ölkələrdə soydaşlarımıza qarşı vandallığa yol verdiyi, hücumlar təşkil etdiyi bir vaxtda adı və soyadı azərbaycanlı olan jurnalist Sevinc Osmanqızı rəsmi Bakını təxribat törətməkdə ittiham edən, xarici ölkələrdə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirənləri "vətənşüvən" adlandıran və düşməni müdafiə edən fikirlər səsləndirir:
 
 
"Özünü qəsdən korluğa vurmuş bu başabəla jurnalist utanmadan iddia edir ki, guya bu gün xarici ölkələrdə ermənilərlə bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir. Xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrdəki səfirliklərimizi ermənilərin hücumlarından və təxribatlarından qorumaq üçün toplaşmaqları təkcə erməniləri deyil, erməni təfəkkürlü Sevinc Osmanqızını da qəzəbləndirir. Və “onlar nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar” - sualını verən bu antimilli jurnalist nədənsə, ASALA terror təşkilatının adı yazılmış paltarlar geyinən gənc erməni daşnaklarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin binalarına təşkil etdiyi hücumları görməzdən gəlir".
 
 
Əlisahib Hüseynov vurğulayıb ki, S.Osmanqızının “mən yenə də davanı kimin birinci başlaması məsələsinə girməyəcəm, bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil, bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil” sözləri Azərbaycan əleyhinə qərəzli, böhtançı kampaniya aparan ermənilərin əlinə göydəndüşmə olub:
 
 
"İndi ermənilər bu axmaq qadının özü kimi axmaq fikirlərindən bizim əleyhimizə eninə-uzununa istifadə edəcəklər. Sapı özümüzdən olan bir balta bu açıqlamaları ilə fürsətçi ermənilərə əsl bayram keyfi yaşatmış oldu. Sevinc Osmanqızı kimi varlıqlar öz atasından və millətindən bixəbər olanlardır. Öz şəhid atasına sosial şəbəkə istifadəçiləri tərəfindən "Osmanyan" deyilməsinə baiskar olan və bu cür antimilli fikirlər səsləndirən bir jurnalistin özünü nə Osman Mirzəyevin qızı, nə də ki, azərbaycanlı adlandırılmağa mənəvi haqqı yoxdur. Ruhən erməni olan bu cür formal "azərbaycanlı"lar ümumiyyətlə azərbaycanlılıqdan məhrum edilməlidirlər".
 
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi