Siyasətçi xanmdan Osmanqızına ağır SÖZLƏR

09:42 27-07-2020 | icon 210 | Siyasət
Siyasətçi xanmdan Osmanqızına ağır SÖZLƏR

 

Dinarə Məmmədova: "Şəhid Osmana, öz atanın ruhuna ikinci “gülləni” sən vurdun"

 

ABŞ-da sığınacaq tapan Sevinc Osmanqızının son çıxışı müxalifət düşərgəsində də hiddətlə qarşılanıb. Xanım siyasilər onun bu kimi antiazərbaycançılığını qınayırlar.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr müşaviri Dinarə Məmmədova Versus.Az-a açıqlamasında bildirib ki, ermənilərin Tovuz sərhədindəki təxribatından sonra Avropanın bir neçə ölkəsində, Rusiyada və ABŞ-da yaşayan azərbaycanlılara qarşı hücümları bütün dünya gördüyü halda, Sevinc Osmanqızı kimilər nədənsə görməzdən gəlir:

 

"Görün bu adam nə qədər pul alıb ki, qarşılığında bütün bu hadisələrdən sonra erməniləri müdafiə edir, xaricdə ermənilərin soydaşlarımıza qarşı etdiyi fiziki zorlakılğı, təhqir olunmasını, güləllənməsini, döyülməsinin və bu kimi digər qarşıdurmaların Azərbaycan tərəfindən təşkilolduğunu deyir?!

Ata övlad üçün müqəddəsdir. Şəhid olan ata iki qat müqəddəsdir. Çünki Şəhid olan ata təkcə sənin atan deyil, o, xalqın övladıdır. Sözüm Osmanqızınadır. Sevinc, sənin atanı ermənilər Şəhid etdi. İndi isə öz atanın ruhuna ikinci “gülləni” sən atdın, öz əlinlə onu vurdun. Xalq olaraq Şəhid Osman Mirzəyevi heç vaxt yaddan çıxartmayacağıq. Onunla fəxr edəcəyik. Amma bu xalq səni və sənin kimi satqın olan Orduxanı, Qəniməti, Turalı və başqalarını da yaddan çıxartmayacaq. Sizlərə xalqın adından danışmağa heç kim ixtiyar verməyib. Yəqin ki, siz xalq deyəndə, öz erməni xalqınızı nəzərdə tutursuz.


Allah Şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmıyacaq. Gec, tez qisas alınacaq. Sizlər isə bizim Xalqın məhkəməsinin qarşısında cavab verəcəksiz. Buna hazır olun!"

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?