HƏKİM: “Toksaplazmoz anadangəlmə və qazanılma olur”

13:05 27-07-2020 | icon 1166 | Sağlamlıq
HƏKİM: “Toksaplazmoz anadangəlmə və qazanılma olur”

Nərminə Abbasova: "Toksoplazmaz pişiyin orqanizmində öz həyat tsiklinin bütün mərhələlərinin keçirir, çoxaldıqdan sonra insana yoluxur"

 

“Toksaplazmoz sadə birhüceyrəli mikroorqanizm olan toxoplazma tərəfindən törədilən infeksion xəstəlikdir. Tibbdə bir neçə klinik forması ayırd edilir - sinir, limfoqlandulyar, miokardik, göz, ağciyər və bağırsaq formaları. Bir qayda olaraq, bu infeksiya sinir sistemini, miokardı, limfa düyünlərini, dalağı və qaraciyəri zədələyir”.

 

Toksaplazmoz haqqında Versus.Az-a Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA danışıb.

 

N.Abbasova vildirib ki, toksaplazmoz anadangəlmə və qazanılma olur. Onun sözlərinə görə, anadangəlmə təhlükəlidir:

 

Anadan dölə ötürülür. İnfeksiya dölü bətndaxili dövrdə zədələyir. Dölün məhvinə, yenidoğulmuşun ölümünə, ağır qüsürlarla doğulmasına səbəb olur. Sonradan qazanılmış isə nisbətən az təhlükəlidir. Kəskin və xroniki formada ola bilər. Kəskin forma yüksək qızdırma, dalaq və qaraciyərin böyüməsi, sinir sisteminin zədələnməsi, başağrısı, qusma, iflic və qıcolmalarla özünü göstərir.

Xroniki infeksiya zamanı isə subfebril temperatur, başağrısı, qaraciyər, limfa düyünlərinin böyüməsi müşahidə olunur. İş qabiliyyəti zəifləyir. Xroniki toxoplazmoz ürəyin, gözlərin və mərkəzi sinir sisteminin zədələnməsi ilə özünü göstərir. Xəstələrin əksəriyyətində isə simptomsuz keçir”.

 


Nərminə xanım qeyd edib ki, toksoplamazmanın əsas sahibi ev pişikləridir. Pişiyin orqanizmində o öz həyat tsiklinin bütün mərhələlərinin keçirir, çoxaldıqdan sonra insana yoluxur:

 

 

“Sahibin, yəni pişiyin orqanizmində 3 əsas formada olur - Trofozit, Sista və Oosista.
Trofozit (və ya endozit) nüvəli, 3-7 mm ölçülü rombvari və ya dairəvi hüceyrələrdir. Bu formada toxoplazma sürətlə çoxalmaq qabilliyyətinə malikdir. Trofozitlər qanla bütün orqanizmə yayilir. Zaman keçdikcdə sahibin orqanizmində trofoziti məhv edən antiteller əmələ gəlir. Trofozitlər hüceyrədən orqanizmdən kənarda dayanıqlı deyil, dezinfeksiyaedicilərin təsirindən tez məhv olur.
Sista – Sahibin, yəni pişiyin bədənində çoxalaraq sistaya çevrilir. Toksoplazma qeyri - cinsi və cinsi yolla çoxalir. Cinsi çoxalma zamani sista əmələ gəlir. Sista trofizitin xüsusi qişa ilə örtülmüş formasıdır. Bu örtük onu dərmanlara və antitellerə qarşı dözümlü edir. Sista adətən dairəvi formada olur, daxilində 3000-5000 trofozit saxlayir. Sistalar orqanizmdə 10 illərlə qala bilir. Qeyri-cinsi çoxalma zamani isə sista formalaşmır.

Oosista isə pişiyin nazik bağirsağının selikli qişasinda formalaşan oval törəmələridir. Pişiyin peyini ilə xaric olur. Bu halda xaric olan oosistalar həyat qabiliyyəətini uzun müddət saxlayır. Yüksək və aşağı temperatur ona təsir etmir. Bu cür oosistalar yoluxma üçün əsas mənbələrdəndir”.


İnfeksiyaların verilmə yolarından bəhs edən Nərminə xanım bildirib ki, ev pişikləri əsas mənbədir, 15-20 günə 2 milyard sista xaric edir. Pişiyin gəzdiyi torpaqda, yaxşı yuyulmamış meyvə tərəvəzlə yoluxur. Donuz və qoyun ətində, quş yumurtasında da toksoplazmalar olur:


“Yoluxmuş insanların böyük əksəriyyətində xəstəlik xroniki və latent formada olur. Kəskin formada isə çox nadir hallarda üzə çıxır (0,2 -0,3%). Bu hal immun sistemi çox zəif olan xəstələrdə - HİV infeksiyasi digər virus infeksiyası, onkoloji xəstələr - muşahidə olunur. İmmun sistem gücləndikdə, bu zaman tez bir müddətdə antitellər əmələ gəlir ki, bu antitellər orqanizmi toksoplazmanın zədələyici təsirindən mühafizə edir”.


Həkim qeyd edib ki, anadangəlmə toxoplazmoz zamanı kəskin forma bütün orqan və sistemələrə təsir edir. Əlamətlər hərarətin yuksəlməsi, halsızlıq, sarılıq, səpkilər, yuxululuq, əzginlik, əzələ tonusunun artması və bəzi hallarda çəpgözlükdür:

 

“Əgər iltihabi proses bütün orqanlara eyni zamanda yayılmayıbsa, bu zaman ayrıca sistemlər zədələnir. Əsasən hidrosefaliya, gözdə büllurun bulanması və gözdə digər dəyişşikliklər əmələ gəlir.
Xroniki formada körpənin mərkəzi sinir sistemində geri dönməyən dəyişiklər inkişaf edir. Nəticədə uşada hissəvi və tam korluq, əqli inkişafdan geri qalma formalaşır.
Qazanılmış toksoplazmozda isə kəskin forma 5-23 günlük (çox zaman 12-14 gün) inkubasiya dövründən sora baş verir”.

 

 

Əlamət və şikayətlərə gəlincə, həkim vurğuladı ki, bu, yorğunluq, əmək qabiliyyətinin azalması, halsızlıq, titrəmə (bəzən), hərarətin 38,5O C yüksəlməsi, baş ağrısı, əzələ və oynaqlarda ağrılar, boyun limfa düyünlərinin böyüməsi (2-3 həftə), qaraciyərin ölçüsünün böyüməsi (nadir hallarda dalaq), pnevmoniyanın inkişaf etməsinin mümkünlüyü, baş beyinin zədələnməsi (ensafalit), ürəyin daxili qişasının zədələnməsi (endokardit), gözlərin torlu və damarlı qişasının zədələnməsi kimi əlamət və şikayətlərdən ibarətdir.


Həkim deyir ki, xroniki forma yoluxduqdan 2-3 həftə və ya bir neçə ay sonra formalaşır və ya simptomsuz keçir:

 

 

“Əlamət və şikayətləri isə hərarətin nəzərə çarpmayacaq dərəcədə yüksəlməsi (37,2-37,6), hansı ki, adi hərarətsalıcı preparatlarla normallaşmır və uzun muddət davam edir, eyni zamanda limfa düyünləri, dalaq və qaraciyərin böyüməsi, mərkəzi sinir sisteminin zədələnməsi, yaddaşın zəifləməsi, ətrafa marağın azalması, yuxunun və iştahanın pozulması, adinamiya, halsızlıq, qorxu hissinin əmələ gəlməsidir.

Digər simptomlar orqanlarin zədələnmə dərəcəsindən asılıdır. Xroniki toksoplazmozlu xəstələrdə davamlı yorğunluq, əzginlik olur. Hətta xəstə yuxudan oyananda belə özünü gümrah hiss etmir. Yuxu ritmi pozulur. Xəstələr gec yuxuya gedir, tez-tez oyanır, səhərlər isə oyanmağa çətinlik çəkirlər. Küt baş ağrıları, əzələ və oynaqlarda ağrı olur. Səsə və işığa həssaslıq yüksəlir, qıcıqlanır səbrsiz və dözümsüz olur”.


Nərminə xanım bildirib ki, əgər ürək-damar sistemi zədələnibsə, ürək döyünmə, ürək nahiyəsində ağrılar, ürək ritminin pozulması, arteriyal təzyiqin düşməsi müşahidə olunur:


“Mədə bağırsaq sisteminin zədələnməsi nəticəsində ağızda quruluq, iştahanın itməsi, qarında küt ağrılar olur.
Endokrin sisteminin zədələnməsi isə mədəaltı vəzin disfunksyası, qadınlarda menstruasiya tsiklinin pozulması, kişilərdə impotensiya ilə özünü göstərir.
Qadınlarda vərdiş halına keçmiş uşaqsalma olur.
Toksoplazma gözləri
zədələyir. Bu halda görmənin zəifləməsi, xorioretinit yaxındangörmə, uveit kimi patologiyalar inkişaf edir.
Dayaq-hərəkət sisteminin zədələnməsi
isə əzələlərdə güclü ağrılara səbəb olur. Bəzən bu ağrılar o qədər güclü olur, ki hərəkəti məhdudlaşdırır.

 

 

DİQQƏT!

 

Əgər Toksaplazmoz narahatlığınız varsa, müalicə olunmaq üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi