Deputat seçiciləri ilə onlayn görüşüb

13:58 27-07-2020 | icon 143 | Siyasət
Deputat seçiciləri ilə onlayn görüşüb

Qənirə Paşayeva seçicilərinin qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə Tovuz rayonundan olan 250-dən çox seçicisi ilə onlayn şəkildə danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

 

Versus.Az xəbər verir ki, eyni zamanda millət vəkilinin köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib.

 

Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

 

Müzakirələr zamanı Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

 

Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI