Rəsul Quliyevlə Qurban Məmmədov Sərdar Cəlaloğluna QARŞI

17:20 27-07-2020 | icon 161 | Siyasət
Rəsul Quliyevlə Qurban Məmmədov Sərdar Cəlaloğluna QARŞI

Sərdar Cəlaloğlu: “Qardaşlıq da bizim başımıza bir problem olub"

 

Sosial şəbəkələrdə Avropada mühacirətdə olan hüquqşünas və siyasətçi Qurban Məmmədovla Amerikadakı siyasi mühacir, sabiq parlament sədri Rəsul Quliyevin yaxınlaşması xəbəri yayılıb.

 

Bu məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, vaxtilə Azərbaycan Demokrat Partiyasında (ADP) təmsil olunan Rəsul Quliyev və Qurban Məmmədov bir-birinə düşmən olublar. Partiyadan ayrılan vaxt isə Rəsul Quliyevin Qurban Məmmədovun qardaşı, ADP sədri Sərdar Cəlaloğlu ilə mübahisəsi düşüb və münasibətləri pisləşib. Sonralar doğma qardaşlar Qurban Məmmədov və Sərdar Cəlaloğlunun da bir-biri ilə əlaqələri tamamilə kəsilib. İddia olunan odur ki, Rəsul Quliyevlə Qurban Məmmədovun yaxınlaşma səbəbi məhz Sərdar Cəlaloğluna qarşı olan ortaq düşmənçiliyidir. 



Versus.Az xəbər verir ki, bu haqda Modern.az-a danışan ADP sədri isə məsələdən bixəbər olduğunu söyləyib. Sərdar Cəlaloğlu hər iki şəxslə əlaqəsinin olmadığını, onların fəaliyyəti ilə maraqlanmadığını vurğulayıb: 


“Mənim Qurban Məmmədovla əlaqəm yoxdur, fəaliyyəti ilə də maraqlanmıram. Rəsul Quliyevlə Qurban Məmmədovun yaxınlaşması gülünc məsələdir. Rəsul Quliyev o vaxt bizimlə birlikdə olanda Qurban Məmmədovla münasibəti yaxşı deyildi. İndi əlaqələrini necə qurublar, kimə qarşı birləşiblər, bilmirəm. Rəsul Quliyevlə də qətiyyən əlaqəm yoxdur. Bilən bilir ki, illərdir münasibətimiz yaxşı deyil. Rəsul Quliyev bizdən ayrılmamışdan xeyli qabaq əlaqəmiz itib. Aydın Quliyev (ADP Ali Məclisinin keçmiş üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru-red.) və digər şəxslər Rəsul Quliyevlə münasibətlərimizi pozmuşdu. Rəsul ortaya atılan şayiəni, məsələni yoxlamadan, araşdırmadan hər deyilənə inanan adamdır. Ona görə, iddiaların düzgün olub-olmadığını yoxlamadan birbaşa əlaqələri kəsdi”. 



Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovla bağlı ona tez-tez suallar ünvanlandığını deyib və narahatlığını dilə gətirib:

“Qardaşlıq da bizim başımıza bir problem olub. Mən onun nə fəaliyyəti, nə kanalı ilə maraqlanıram. O xaricə getməmişdən qabaq da əlaqəmiz olmayıb”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

96 yaşında universiteti bitirdi - VİDEO

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?