İcra Hakimiyyətinin özbaşınalığı və NİZAMİ-7 MMC-yə vurulan zərər

20:59 27-07-2020 | icon 1218 | Sosial
İcra Hakimiyyətinin özbaşınalığı və NİZAMİ-7 MMC-yə vurulan zərər

Məmurların Prezidentin çağırışlarını gözardına alan əməlləri

 

Nizami Rayon İcra Hakimiyyətinin bəzi məmurlarının özbaşınalıqları, etdikləri qanunsuzluqlar ölçüyə çığmır. Korrupsiya ilə mübarizənin daha da sərtləşdiyi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması tələbi qoyulduğu halda, hələ də məmurlar Prezidentin çıxışlarından, keçdiyi dərsdən ibrət almır, məmurlara etdiyi xəbərdarlığı gözardı edirlər.

 

Nizami-7 MMMC Şirkətinin üzləşdiyi məmur özbaşınalığı da heç bir ölçüyə çığmır və şirkət İcra Hakimiyəti nümayəndələrinin özbaşınalıqlarına boyun əymək fikrində deyil.

 

İlqar Bayramov: "Arif Qasımov işdən azad edilsə də, oradakı “dələduzlar vadisi” öz işində davam edir”

 

Versus.Az məsələni araşdırmaq üçün NİZAMİ-7 MMC ilə əlaqə saxlayıb. MMC-nin sədri İlqar Bayramov bildirib ki, OLYMPUS GROUP şirkəti fəaliyyətləri dövründə inşaat, tikinti, dövlət, eləcə də sakinlərlə heç bir sıxıntı yaşamayıb. Şirkət dövlət pilot layihəsinə əsasən 2017 sentyabr 2019 sentyabr tarixində Nizami rayonu, Mehdi Abbasov küçəsi, 25-38-ci məhəllədə başladığı 3 bloklu binanın tikintisini başa vurub. Həmin binanın baş plan layihəsində ərazidə komendant mühafizə xidməti MMC Cəmiyyətin iclas otağının tikintisi də göstərilib.

 

2017-ci il sənədləşməsinə əsasən rəsmi olaraq belə bir tikintinin aparılmasına icazə verilib. Sonradan Nizami rayon icra hakimiyyəti həmin tikintinin aparılmasına qadağa qoyub. İcra Hakimiyyətinin Təsərrüfat və inzibati şöbə müdiri Taryel Tahirov şirkətin rəhbərliyini boş yerə get-gələ salaraq, tikintiyə icazə verməyəcəklərini deyib və şirkətə müəyyən şərtlər irəli sürüblər. İstəklərinə nail olmayacaqlarını görəndə şöbə rəisi Taryel Tahirovun göstərişi ilə RJU-nun hüquqşünası Vüqar Babayev şirkət rəhbərliyinin ərazidə olmamağından istifadə edərək ərazidəki tikilini söküblər. Bununla da şirkətə xeyli maddi, həm də mənəvi ziyan vurulub.

 

Nizami-7 MMC-nin sədri bildirib ki, Nizami rayonu icra hakimiyyəti nümayəndələrinin şirkətə qarşı hərəkətləri qoçuluq, xuliqanlıq əməllərindən başqa bir şey deyil:

“Bu söküntü işinin aparılması tamamilə qeyri-qanunidir. Hətta şirkət hər hansı bir qanunsuz tikinti aparsaydı belə, İcra Hakimiyyəti, Nizami rayon Mənzil Kommunal Birliyinin icazəsi və əlində məhkəmə qərarı olmadan o tikilini sökə bilməzlər. Amma fakt budur ki, Nizami rayon İcra hakimiyyətinin məmurları heç nəyə məhəl qoymadan, Prezidentin məmurlara ünvanladığı tövsiyyələrə məhəl qoymadan özbaşınalıq edərək qanunsuzluq, özbaşına hərəkət, xuliqanlıq ediblər”.

 

Vüqar Babayev əvvəlcə şirkətə aid həmin tikilini dağıtmaq üçün polisi çağırsa da, polis sökməyə məhkəmə qərarı olmadığnın qanunsuz olduğunu bildirərək, qarışmayıb, imtina edib və “sifarişçi” tərəfə söküntünün yalnız məhkəmə qərarı ilə aparılmasının mümkün olduğunu deyib. Nizami rayon məmurları söküntü işinin aparılmasının qeyri-qanuni olduğunu bildiyi halda, hüquqşünas Vüqar Babayeb öz əməllərini həyata keçirdi. Beləliklə də qanunu tapdalayaraq öz bildiklərini ediblər.

 

MMC sədri və binanın sakinləri bütün baş verənlərə istinad edərək bildirib ki, Nizami rayon icra başçısının etdiyi səhvlərə görə vəzifəsindən azad edilməsi bu məmurlara dərs olmayıb:



“Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilsə də, ordakı “dələduzlar vadisi” hələ də qalır. Bu ünvanda 3 girişli binanı inşa eden etibarlı və öz sözünü demiş OLYMPUS Şirkətlər qrupunun rəsmisi ilə də əlaqa saxladıq. OLYMPUSUN resmisi Əlisahib Mirzəyev bildirdi ki, NİZAMİ-7 MMC-də inşa olunan hal hazırki komendant və mühafizə otağı qeyri-qanuni deyil, NİZAMİ-7 MMC öz hüquqlarını müdafiə etmək üçün bütün vasitələrə əl atacaq artıq hüquq mühafizə orqanlarına müraciət olunub məmurların özbaşınalığı ilə əlaqədar, Azərbaycan Dövlətinin Hüquq Mühafizə orqanlarında qanunla qərəzsiz qiymətlənməsinə şübhəmiz yoxdur!"

 

Hələ ki, Nizami Rayon İcra Hakimiyyətinin özbaşınalığı, qanunsuz hərəkətləri ilə üzləşən şirkət bu neqativ faktları ictimailəşdirməklə ədaləti bərqərar edəcəyinə ümid edir.

 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO