Azərbaycanlı Marqarita Simonyan - SEVİNC OSMANQIZI

22:43 27-07-2020 | icon 1272 | Köşə
Azərbaycanlı Marqarita Simonyan - SEVİNC OSMANQIZI

...Və tüpürüləsi vicdanın ünvanı - Vidadi İsgəndərli

İGİD TEYMURLU

 
 
 Müxalif partiyaların səmimiliyinə, "doğru-dürüst mübarizələri"nə bilirsizmi adam nədən inanmır? Çünki doğrudan da, bu partiyaların tam əksəriyyətini düşündürən öz mədə niyyətləridir, millətin, dövlətin sabahı deyil. Və bunu mən yox, həmin partiyaların öz əməlləri deyir. Çörəyə möhtac insanlar kimi millət olaraq bizi mədə niyyətindən yıxılmaq təhlükəsi gözləyir. Tanrı millətimizi hifz eləsin!..
 
 
Səhv etmirəmsə, Azərbaycanda 55 siyasi partiya mövcuddur. 60 milyona yaxın millət olaraq güvəndiyimiz bir Azərbaycanımız var. Başda o siyasi institutlar olmaq şərtilə hər birimiz sevgili məmləkətimizin varoluşu uğrunda əlmizdə olan imkandan istifadə edib dövlətçiliyimizi, dövlətimizi qorumalıyıq. Qoruyurmu bu 55 siyasi partiya dövlətçiliyimizi? YOX! "İlham Əliyev hakimiyyətinə qarşı" səviyyəsiz bəyanatlar verən "ana-bala müxalifət" xaricdə yaşayan mühacirlərin əxlaqsız açıqlamalarını nədən görməzdən gəlirlər? Hanı özünə "müxalifət" deyən qüvvələrin bütün bunlara münasibətdə birgə mövqeyi?
 
 
Baxın: öz millətinə "nankor" deyən Moskvadakı Simonyanı dünyada yaşayan ermənilər birgə mövqe nümayiş etdirib onu bütün hüquqlarından məhrum etdilər. Amma Sevinc kimi, Vidadi kimi siyasi və ədəbi əxlaqsızlığın alt qatına enənlər vicdanlarına and içib "erməninin günahı yoxdur" deyir, Azərbaycan türkünü "bandit, xuliqan" adlandırır, buna münasibətdə həm jurnalistlərimizin, həm də siyasətçilərimizin tam əksəriyyəti susub dayanırlar!!! Nədənsə gərəkən anda ictimai qınaq yoxa çıxır.
 
 
Çoxları susub özlərini özlərini etibarlı sığınacağa verirlər. Bircə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən başqa. Hanı bu nazirlər, hanı bu iqtidar yetkililəri, hanı bu müxalif düşərgə, hanı bu KİV? Buna da dövlət başçısından bir göstəriş gəlməsinimi gözləyirlər? Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi bəyənməyən, onun dediklərini lağ obyektinə çevirməyə çalışan cəmiyyət sanki bir finti furuşun əsiri kimi davranır. MMP sədri Hafiz Hacıyevdən başqa heç kim birbaşa və açıq mətnlə sevinclərin, vidadilərin satılmış simalarını cəmiyyətə təqdim etməyib. Baxmayaraq ki, bu siyasətçilərin hər birinin əlində geniş informasiya resursları da var. Amma Hafiz Hacıyev jurnalistlərin nazıyla oynaya-oynaya həm daxildəki, həm də xaricdəki mənfur çetenin iç üzünün açılmasını özünə borc bilir. Bu mənada Hafiz Hacıyev kimin necə dəyərləndirməsindən asılı olmayaraq belələriylə müqayisədə daha dürüst bir insandır...
 
 
Vaşinqtondakı bir finti furuşu durdurmaq, onun yanlışlığını ifşa etmək qüdrətində olmayan cəmiyyət hansı "güc"lə ətrafımızı saran it sürüsünü susduracaq? Vaşinqtondakı həmin finti furuşu adam eləyib ortaya çıxaranlar sırasında indi Sevinc Osmanqızını ardıcıl olaraq tənqid edən Real TV-nin Şahin Ağayevi fərqindədirmi ki, tənqid etdiyi vaxtilə həm də ANS Şirkətlər Qrupunun matançası olub. Osmanın qızıdır deyə Sevinci başa keçirənlər sırasında və bu jest qarşılığında manipulyativ addımlar atmağı özlərinə adət etmiş Mir Şahin Ağayev, Vahid və Seyfulla qardaşları həm də zaman-zaman çoxlarının haqqını beləcə tapdalayıb dəvəni eşşək quyruğuna bağlayıblar. Çoxunu görməzdən gəldilər. 30 ilə yaxın müddətdə millətə yalan sırıdılar. Rəhmətlik Seyidağa Mövsümlü Xocalını çəkdi, amma elə hey indi haqqında danışılmayan "Milli Qəhrəman" Çingiz haqqında serenadalar oxundu...
 
 
Laçın koridorunu iki dəfə alıb nəzarətə götürən 713 nömrəli hərbi hissə oldu, bu vətənşüvənlər bir dəfə də olsun 713-ün tapdalanan haqlarının yanında deyil, itirə-itirə gələn Azərbaycanın günbəgün rütbəsi böyüyən, öz təbirincə desək, "baş qirgə rəisi" nəcməddinlərin yanında oldular!!!
 
 
O Mir Şahinləri də, o Nəcməddinləri də, o siyasi partiya yetkililərini də yetişdirən bu cəmiyyətdir. Və bu cəmiyyət biz özümüzük - ÖZÜMÜZdən uzaqlaşan, balacalaşan bir cəmiyyət. ÖZÜMÜZ olmaq istəyiriksə, onda bütün səhvlər də deyilməli, neqativlər aradan qaldırılmalıdır. Heç şübhəsiz ki, ideal olan şey və ideal olan birisi yox. Hər şey nisbətdə götürülürsə və götürülür də, onda yurd sevdalılarımızla vidadilərin, sevinclərin davranışı arasında paralellər aparılmalı, hər şey olduğu kimi təqdim edilməlidir. Fərdlərin hikkəsi dövlətə və millətə qarşı yönəldilməməlidir. Fərdlər öz hikkələrini dövlətə və millətə qarşı yönəldirlərsə, onda iqtidarlı, müxalifətli millət olaraq buna qarşı dayanmalıyıq. Məhz bu baxımdan vicdanına and içərək ermənilərin heç bir günahı olmadığını vurğulayan, Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərlilərin sifətinə dövlətçiliyimiz, millətçiliyimiz naminə hər kəs tüpürməyi bacarmalıdır. İlham Əliyev hakimiyyətinə qarşı guya ki, çıxış edən müxalifətin vaxtilə sevimli obrazlarından biri olan bu zad elə Sevinc Osmanqızı kimi davranaraq erməni yalına göz dikibmiş kimi davranmaqdadır...
 
 
MirŞahini hansısa ifadəsinə görə ittiham etmək üçün leksikonumuzdakı bütün söyüş elementlərindən istifadə edən kütlə psixologiyası nədən erməniyə haqq qazandıran Sevinc Osmanqızına, Vidadi İsgəndərliyə qarşı bunca loyal davranmadadır?...
 
 
Bu gün Sevinc kimi dədəsinin ruhunu rahat yatmağa qoymayanlarla erməni yalına göz dikən Vidadi İsgəndərlilərin açıqlamalarına münasibətdə seyrçi mövqedə dayananlar erməni simpatizanından başqa bir şey deyil..
 
 
Dəvəni dağdan uçurdan bir çəngə otdur- onun mədə niyyəti. Dövlətçiliyimizi, millətçiliyimizi mədə niyyətinə qurban verənlərin, özünü hərraca çıxaranların çərənləmələrinin yayılmasına ölkə mətbuatı yardımçı olmamalıdır. Özünü dünyaya Marqarita Simonyan obrazında təqdim edən sevinclərin, vidadilərin siyasi və ədəbi əxlaqsızlıqlarını da informasiya xatirinə ictiamiləşdirməyin, lütfən! Tanrı dövlətimizi, millətimizi qorusun!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI