Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

13:56 28-07-2020 | icon 1079 | Cəmiyyət
Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

"Adının Tovuzda əbədiləşdirilməsi şəhid generalımıza vəfa borcumuz olar"

 

Əslən Tovuzdan olan araşdırmaçı-yazar Əkbər Qoşalı maraqlı bir təkliflə çıxış edib. O, bir neçə gün öncə öz sosial media hesabında müvafiq “post” paylaşaraq, Tovuz şəhərinin küçə və ya meydanlarından birinin “Şəhid General Polad Həşimov” yaxud “Şəhid General” adlandırılması barədə təkliflə çıxış edib. Və millət vəkilləri Qənirə Paşayevayla Arzu Nağıyevin bu məsələyə münasibət bildirməsini istəyib.

 

Versus.Az xəbər verir ki, həmin təklif sosial media iştirakçısı olan tovuzlular, vətənpərvər gənclər, ziyalılar, millət vəkilləri və başqaları tərəfindən müsbət qarşılanıb, təqdiredici yorumlar yazılıb.

 

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva belə bir təklifə və təklifə bəslənən münasibətə görə məmnunluğunu ifadə edib:

 

"Tovuzu Milli Məclisdə təmsil edən bir millət vəkili olaraq, bu təklifi alqışlayıram. Hesab edirəm ki, çox məqsədəuyğun təklifdir. Bildirmək istərdim ki, öz tərəfimdən Tovuz rayon İcra hakimiyyətinə və digər əlaqədar orqanlara bu barədə rəsmi məktubla müraciət edəcəm. İnanıram ki, Tovuzun küçə və ya meydanlarından birinin deyildiyi kimi, “Şəhid General Polad Həşimov”, “Şəhid General” və ya “General Polad Həşimov” adlandırılması hər kəsin ürəyincə olardı. Şanlı generalımız əziz canını canından əziz sevdiyi Vətən torpaqları uğrunda məhz Tovuzda fəda edib, adının digər şəhər-rayonlarımızla (Qəbələ, Sumqayıt, Bakı…) yanaşı, (məncə, ilk növbədə) Tovuzda əbədiləşdirilməsi hərbi-vətənpərvərlik işinə, gənc nəslin tərbiyəsinə öz müsbət təsirini göstərməklə yanaşı, bizim vəfa borcumuzun ifadəsi olardı.

 

Şəhid generalımıza və onun şəhid silahdaşlarına ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə möhkəm can sağlığı diləyirəm! Vətən sağ olsun!"

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI