"İşğalçı Ermənistan bundan təşvişə düşürsə, qoy düşsün"

14:12 28-07-2020 | icon 164 | Siyasət
"İşğalçı Ermənistan bundan təşvişə düşürsə, qoy düşsün"

Əlisahib Hüseynov: "Birgə təlimlər keçirmək üçün üçüncü ölkələrdən icazə almalı deyilik"

 

"Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikaları Bakıya və Naxçıvana gəldi. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib:
 
 
"Qardaş ölkənin əsgər və zabitlərinə "Xoş gəlmisiniz" deyirik. Birgə təlimlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin və hərbi-texniki əməkdaşlığının təsdiqi və təntənəsidir. Keçirilən hər yeni təlim qardaşlıq əlaqələrimizi daha da möhkəmləndirir. Türkiyə və Azərbaycan ordularının növbəti hərbi təlimlərinin başlaması bir daha qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olacağının mesajıdır. Odur ki, Tovuz döyüşlərindən sonra Türkiyənin qətiyyətli mövqeyindən qorxuya düşən ermənilərin bu təlimlərə necə reaksiya vermələri, Ermənistan KİV-lərinin və ekspertlərinin bu gün başlayan hərbi təlimləri fərqli mövqedən şərh etməyə çalışmaları və xüsusən də Tovuz hadisələri fonunda bunu özlərinə qarşı təhdid adlandırmaları bizi əsla qayğılandırmamalıdır".
 
 
Əlisahib Hüseynov vurğulayıb ki, Tovuz döyüşləri bitər-bitməz, Rusiya və Ermənistan birgə hərbi təlimlərə başladılarsa, Azərbaycan və Türkiyənin də birgə təlimlərə başlaması tamamilə anlaşılandır və bu, iki qardaş ölkənin təbii haqqıdır:
 
 
"Biz birgə təlimlər keçirmək üçün üçüncü ölkələrdən icazə almalı deyilik. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hərbi əməkdaşlıq haqqında saziş mövcuddur. Bu təlimlər də həmin sazişə əsasən vaxtaşırı keçirilir. İşğalçı Ermənistan bundan təşvişə düşürsə, qoy düşsün".
 
 
PƏRİ
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Sərt karantin rejimi yumşaldıldı: 

Livan ermənilərinin Dağlıq Qarabağa gətirilməsi cəhdinə RƏSMİ münasibət

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO

“Mən Qarabağam, Qarabağ Azərbaycandır!” - VİDEO

Tovuzun kəndləri yenidən atəşə tutuldu

Mehriban Zeynalova hökmlə razılaşmır

“Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır”

“Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitab qadağan edildi - FOTO

Dünyanın ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsi qurulacaq

Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular

Quyu qazan kəndli tarixi nümunələr tapdı