"Bu birliyin güclənməsi Türk dünyasının daha da güclənməsi deməkdir"

16:19 28-07-2020 | icon 147 | Siyasət
"Bu birliyin güclənməsi Türk dünyasının daha da güclənməsi deməkdir"

Qənirə Paşayeva: "Bu, işğalçının arxasındakı açıq və gizli dəstəkçilərə, havadarlara da çox ciddi bir mesajdır"

 

"Bir Millət iki Dövlət! Azərbaycan-Türkiyə! Qəhrəman Türk ordusunu gözəl Naxçıvanımızda əziz hərbiçilərimizlə və əsgərlərimizlə birlikdə görmək insana çox duyğulu anlar yaşadır. Bu mənzərə düşmənə ciddi mesajdır. Sadəcə işğalçı erməni zehniyyətinə verilən mesaj deyil. Eyni zamanda bu, işğalçının arxasındakı açıq və gizli dəstəkçilərə, havadarlara da çox ciddi bir mesajdır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

 

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, ümumilli lider Heydər Əliyevin hər zaman xüsusi diqqət yetirdiyi və bu gün də cənab Prezidentimiz tərəfindən ən yüksək səviyyədə atılan addımlarla daha da güclənən Azərbaycan-Türkiyə birliyi bu regionda Azərbaycan və Türkiyə ilə bərabər bütünlükdə Türk dünyasının güclənməsində də böyük rol oynayır:

 

"Eyni zamanda qardaş Türkiyəmizin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, Türkiyə rəsmləri, siyasiləri və Türk xalqının Tovuz istiqamətində baş verən erməni təxribatları zamanı bütün dünyaya Azərbaycan tək deyil, onun yanındayıq deyə verdiyi mesajı sadəcə bu günki nəsillər deyil, gələcək nəsillər də şükranla anacaq.

 

Cənab Prezidentimizin hər zaman söylədiyi Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür və bir-birimizi daha da gücləndirmək, birliyimizi daha da möhkəmləndirmək bizim siyasətimizdə əsas yer tutur fikrini, bu istiqamətdə görülən böyük işləri də bugünki və gələcək nəsillər hər zaman şükranla anacaq. Çünki bu birliyin güclənməsi əslində Türk dünyasının daha da güclənməsi deməkdir.

 

Öz Vətəninizə xoş gəldiniz Türk ordusu!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?