Görkəmli bəstəkar, mahir pedaqoq, dəyərli ziyalı...

19:50 28-07-2020 | icon 292 | Mədəniyyət
Görkəmli bəstəkar, mahir pedaqoq, dəyərli ziyalı...

Vasif Adıgözəlovun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında önəmli rolu olub

 

Bu gün görkəmli bəstəkar, pedaqoq, musiqi xadimi, professor, Azərbaycanın Xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” və “İstiqlal” ordenləri laureatı Vasif Adıgözəlovun doğum günüdür.

 

Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı – 15 sentyabr 2006, Bakı) məşhur muğam ustasının ailəsində doğulub. İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində alıb. 1953-cü ildə Üzeyir Bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsil alıb. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb.

Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A.Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru və b. vəzifələrdə çalışıb. 1972-ci ildən, doğma konservatoriyada müəllimlik edib. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib. Bakı Musiqi Akademiyasında “Xor dirijorluğu” kafedrasına başçılıq edib. 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1989-cu ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 1989-cu ildən professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını alıb. 1995-ci ildə “Şöhrət”, 2005-ci ildə “İstiqlal” ordeni ilə təltif olunub. V.Adıgözəlov “Ölülər” və “Natəvan” operaları, “Hacı Qara” (operetta; həmmüəllifi R.Mustafayev), “Nənəmin şahlıq quşu”, “Boşanaq - evlənərik”, “Lənət şeytana” musiqili komediyalarının, “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, “Novruzum”, “Təntənəli” kantatalarının, habelə: 4 simfoniyanın, 6 instrumental konsertin, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.

 

Görkəmli bəstəkar, mahir pedaqoq, dəyərli ziyalı, gözəl insan Vasif Adıgözəlovun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında önəmli rolu olub. Böyük musiqiçilər nəslinin layiqli nümayəndəsi Vasif Adıgözəlovun xalqımızın muğam xəzinəsinə dərin bələdliyi ilə səciyyələnən yaradıcılığı çağdaş musiqi sənətimizin parlaq səhifələrindən birini təşkil edir.

 

Bəstəkarın oğlu Yalçın Adıgözəlov məşhur drijordur (2012-ci ildən Xalq artistidir).

V.Adıgözəlov I Fəxri Xiyabanda dəfn edilib.

2020-ci ilin fevralında bəstəkarın yaşadığı mənzilin qarşısında barelyefi asılıb. (Əsərin müəllifi heykəltəraş Aslan Rüstəmovdur.)

RUHU ŞAD OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi