"Azərbaycan, Türkiyə və Pakistan hərbi əməkdaşlıq sazişi imzalanmalıdır" - VİDEO

11:06 29-07-2020 | icon 232 | Siyasət
"Azərbaycan, Türkiyə və Pakistan hərbi əməkdaşlıq sazişi imzalanmalıdır" - VİDEO

Fuad Əliyev: "Bu təlimlər həm də regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verər"

 

"Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Artıq təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib".

 
 
Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Türkiyə əsgərlərinin Naxçıvanda birgə təlimlərə başlanması ilə bağlı açıqlamasında bildirib.
 
 
ALDP sədri qeyd edib ki, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk də 1918-1921-ci illərdə Naxçıvanın düşmənlərdən qorunmasında böyük uzaqgörənlik nümunəsi göstərib. "Naxçıvan türk dünyasının qapısıdır" - deyən Atatürk öz ölkəsinin çətin durumda, erməni daşnakları ilə mübarizəyə kömək məqsədilə Kazım Qarabəkir paşanın rəhbərliyi altında Naxçıvana böyük ordu göndərib. Onların köməyi ilə Andranikin rəhbərlik etdiyi daşnakları qovub:
 
 
"Son hadisələrdə, Ermənistanın sərhəddə təxribatından sonra Türkiyə Azərbaycana açıq dəstək verdi.
Hesab edirəm ki, yaxın gələcəkdə, bizim iki qardaş ölkənin keçirdiyi təlimlərə, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olan və Dağlıq Qarabağ məsələsinə görə Ermənistanla heç bir əlaqə qurmayan dost Pakistan da qatıla bilər. Öz bəyanatlarında bizə dost olan Pakistan dövləti Dağlıq Qarabağ məsələsində həmişə bizi dəstəkləyib. Hesab edirəm ki, Azərbaycan, Türkiyə və Pakistan silahlı qüvvələrin arasında hərbi əməkdaşlıq sazişi imzalanmalıdır və təlimlər keçirilməlidir.
 
Bu təlimlər üç ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edər, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verər. Azərbaycan və Türk əsgərlərinə eşq olsun!"
 
 
Partiya sədrinin video-çıxışını təqdim edirik:
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi