Qənirə Paşayeva yeni Baş konsuldan DANIŞDI

11:28 29-07-2020 | icon 187 | Siyasət
Qənirə Paşayeva yeni Baş konsuldan DANIŞDI

"Biz illər uzunu iş yoldaşı olmuşuq, peşəkar jurnalistlik məktəbindən keçmişik"

 

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə İstanbula yeni Baş konsulumuz təyin olunub. Yeni Baş konsulumuz Nərminə Mustafayevanı uzun illərdir tanıyıram - deyə bilərəm, yaxından tanıyıram - biz illər uzunu iş yoldaşı olmuşuq, birgə yaradıcılıq prosesindən, peşəkar jurnalistlik məktəbindən keçmişik”. 



Versus.az xəbər verir ki, bu fikirləri məllət vəkli Qənirə Paşayeva Azərbaycanın İstanbula təyin olunmuş yeni Baş konsulu haqda danışarkən qeyd edib.



Deputatın sözlərinə görə, Nərminə Mustafayeva peşəsinə də, milli dəyərlərinə də, xalqına, dövlətinə, dövlətçiliyinə də sadiqliyi ilə seçilən insanlardan biridir:

“O, öz vətənpərvərliyi ilə seçilən, məsul olduğu işlərə yüksək məsuliyyətlə yanaşan bir yeni nəsil aydınımızdır.
Çox xoşdur ki, İstanbul kimi önəmli şəhərdəki Baş konsulluğumuz məhz bir qadına etibar edilib. Bizim məsul vəzifədə çalışan diplomat xanımlarımız çox deyil. İnanıram ki, Nərminə xanım yüksək etimadı doğruldacaq, baş konsul kimi üzərinə düşən məsuliyyətli və şərəfli vəzifəni layiqincə yerinə yetirəcəkdir”.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi