Şəhid ailələrindən Türkiyə hərbçilərinə salam, Ərdoğana təşəkkür var

11:38 29-07-2020 | icon 156 | Cəmiyyət
Şəhid ailələrindən Türkiyə hərbçilərinə salam, Ərdoğana təşəkkür var

"O gün olsun ki, hərbi təlimlərdə iştirak edən hərbçilərimiz bizə qələbə sevincini yaşatsınlar"

 

Bu gündən Azərbaycan və Türkiyə hərbçiləri birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri həyata keçirir. Bununla bağlı mediada və sosial şəbəkələrdə mənəvi dəstək nümayişi davam edir.


"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova şəhid ailələri adından bu məsələdən qürurlandıqlarını ifadə edib.


Versus.Az-ın məlumatına görə, o, açıqlamasında  bildirib ki, Türk ordusunun hər zaman arxamızda olması, ən çətin məqamlarda belə Azərbaycana dəstək göstərməsi, böyük  mənəvi köməkdir:


“Bundan öncə bir az da təklənmiş vəziyyətdə görünürdük. Ancaq indi tək olmadığımızı görürük, haqq mübarizəmizdə bizimlə həmfikir olan qardaş ölkənin addımları çox qiymətlidir. Bu yaxınlarda Çexiyada Türkiyə səfirinin həmyerlilərimizlə birlikdə aksiyaya qoşulması da təqdirəlayiq  örnək addım oldu.

 

Azərbaycan hərbçilərinə mənəvi dəstəyin göstərilməsi, genişmiqyaslı hərbi təlimlərin keçirilməsi şəhid ailələrinə, hərbçi ailə başçılarını, yaxınlarını, övladlarını itirmiş insanlara böyük ümid yaradır. Biz bu çətinlikdə, 30 ildir əziyyət çəkdiyimiz ədalətsiz müharibədə tək olmadığımızı hiss edirik.

 

Türkiyənin də şəhidləri var. Daim döyüşlərdə, hərəkatlarda, müharibədə iştirak edirlər. Mən bir şəhid xanımı, ictimai birlik rəhbəri olaraq, “Barış Kalkan” hərəkatı zamanı Türk media rəhbərləri ilə görüşdə də bütün türk şəhid analarına, şəhid ailələrinə dəstək olduğumuzu, həmrəy olduğumuzu çatdırdım. Belə acılı günlərdə onların bizimlə bərabər bunu paylaşması bizə qürur, güvən hissi verir.

 

Türkiyə dar günümüzün dostudur. İllərdir, hətta əsrə yaxındır eyni düşmənə qarşı mübarizə aparırıq. İndi isə son sözü demək zamanıdır. Bu, həm də düşmənlərimizə bir görkdür ki, Azərbaycan tək deyil, böyük bir tarixi kökə malik türk soyuna mənsubdur. Bu mübarizə axır-əvvəl qələbəmizlə yekunlaşacaq”.

Şəhid xanımı onu da qeyd edib ki, hər zaman hərbçilərimizlə birlikdə olmağa, onlara şəhid ailələri, “Zəfər” ictimai birliyi tərəfindən dəstək nümayiş etdirməyə çalışırlar:

“Qarşıdan Qurban bayramı gəlir və bu münasibətlə biz Ağdamdayıq. Bildiyiniz kimi Raquf Orucov Ağdamdakı hərbi hissənin komandanı olmuşdu. Ona görə, bizi Ağdama bağlayan köklər var. Bura bizim üçün müqəddəs yerdir. Biz əsgərlərimizə qurban payı göndərilməsində, onlara mənəvi dəstək göstərilməsində iştirak edəcəyik.

Koronavirus qadağaları olmasaydı Türkiyədən gələn hərbçi qardaşlarımızla görüşəcəkdik. Şəhid ailələri adından onlara təşəkkürümüzü bildirəcəkdik. Lakin bu, mümkün olmadı. Ona görə də sizin media qurumu vasitəsilə onlara müraciət edirik. Azərbaycanı bu haqq davasında sonadək tək qoymasınlar, şəhidlərimizin ruhunun şad olması üçün torpaqlarımız düşmən əsarətindən azad edilməlidir. Bunun üçün Azərbaycanın güclü ordusu, daim xalqla birgə olan Ali Baş komandanı var. Ancaq kənar qüvvələr işğal altındakı torpaqlarımızın azad edilməsinə imkan vermir. Əminik ki, qardaşlarımızla birgə bunu indi bacaracağıq. Bu addıma görə Türkiyənin dövlət başçısı Ərdoğana təşəkkür edirik.

 

O gün olsun ki, hərbi təlimlərdə iştirak edən hərbçilərimiz bizə qələbə sevincini yaşatsınlar. Bunun üçün xalq olaraq həmrəy olmalıyıq. Bunun üçün əlimizdən nə gəlirsə, etməliyik. Biz hərbçilərdən tutmuş, mülki insanlara qədər hər kəsə əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Onlar tək olmadığını hiss etməlidirlər. Azərbaycanın, Türkiyənin, sivil dünyanın  ürəyi bu gün cəbhə bölgəsində, Qarabağda döyünməlidir!”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?