Bizim "üçlüy"ümüz...

18:47 29-07-2020 | icon 977 | Köşə
Bizim "üçlüy"ümüz...

Kifayət qədər effektiv, uğurlu olacağına əminəm

BƏYBALA MİRZƏYEV

 

Afərin! 
Keçmiş sovet və sosialist respublikalarından üçü - Ukrayna, Litva və Polşa Çoxmillətli hərbi briqada çərçivəsində "Lyublin üçlüyü" adlı ittifaqın yaradılması təşəbbüsü ilə çıxış ediblər. Bu barədə Ukraynanın və Litvanın Xarici İşlər nazirləri Dmitri Kuleba və Linas Linkyaviçus bildiriblər.

 

Onlar Polşalı həmkarları ilə birlikdə Lyublin şəhərində apardıqları danışıqlar nəticəsində belə bir qərara gəliblər.

 

Nazirlərin birgə keçirdikləri mətbuat konfransında verdikləri bəyanatlardan belə məlum olub ki, yaradılan bu yeni hərbi-siyasi ittifaq Qərblə və ümumAvropa strukturları ilə daha çıx əlaqələrə ehtiyac duyan ölkələrin bir araya gətirilməsi üçün bir vasitədir, mexanizmdir.

 

Polşa, Litva və Ukrayna strateqləri belə bir ittifaq və ya hərbi blok ideyasını çox yaxşı düşünüblər. Tam zamanında düşünüblər. Çünki Rusiya tərəfindən bu ölkələrin suverenliyi üçün potensial təhlükə gün-gündən artır. Rusiyanın mümkün aqressiyasının qarşısının alınması üçün mütləq belə bir blok yaradılmalıdır. Bu zəruri tədbirdir, önləyici addımdır.

 

Dostlarımızın (yuxarıda adı keçən ölkələrin hər üçü ilə Azərbaycanın dost münasibətləri var) bu təşəbbüsü bizim üçün də faydalı və aktualdır. Biz onların bu təcrübəsindən hökmən yararlanmalıyıq.

 

Bizim belə bir bloka onlardan daha çox ehtiyacımız var. Çünki onları yalnız Rusiyadan gələn təhdidlər narahat edirsə, Azərbaycan üçün Rusiyadan başqa Ermənistan və İran da potensial təhdid mənbəyidir. Odur ki, özümüzü mümkün hərbi müdaxilələrdən və yeni işğallardan qorumağımız üçün güvənə biləcəyimiz ölkələrdən bir neçəsi ilə tezliklə blok yaratmalı, pakt bağlamalıyıq.

 

Bu ölkələr isə ilk növbədə Türkiyə və Pakistan ola bilər. Bizim bu "üçlüy"müzün kifayət qədər effektiv, uğurlu olacağına əminəm. Azərbaycanın Türkiyə və Pakistanla birgə gücü istənilən potensial təhlükəni neytrallaşdırmağa qadirdir.

 

Bu barədə dərindən düşünək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI