Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

11:46 30-07-2020 | icon 1401 | Gündəm
Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc iyulun 12-də Ermənistanın ölkəmizə qarşı törətdiyi Tovuz hərbi təxribatından dərhal sonra dünya parlamentlərinin insan haqları komitələrinin rəsmilərinə, beynəlxalq məsələlər və s. aidiyyəti qurumlarına məktublar ünvanlayıb.

 

Versus.Az-ın məlumatına görə, komitə sədri 50-dən çox ölkəyə məktub ünvanlayıb.

 

Müraciətdə Ermənistan-Azərbaycan dövlət sərhədinin şimal-qərb hissəsində başlatdığı işğalçı hücumun əsas məqsədləri açıqlanıb.

 

Hərbi əməliyyatların Qarabağdan 250 km uzaqlıqda aparılmasının səbəbləri, düşmən ölkənin “yeni ərazilər üçün yeni müharibə” məqsədini irəli sürən yeni hərbi doktrinası, sərhədyanı kənddə yaşayan dinc sakinin qətlə yetirilməsi, mülki əhalinin ev təsərrüfatlarına dəyən dağıdıcı ziyanın miqyası, təxribatın beynəlxalq təhlükəsizlik zəmanəti altında və Avropanın enerji təchizatında etibarlı mənbələrdən olan transmilli neft-qaz kəmərlərinə və tranzit xətlərinə törətdiyi təhdidlər, erməni tərəfin cəbhədə gedən hadisələr haqda saxta xəbərləri tirajlaması və s. barədə məlumat əksini tapıb.

 

Böyük Britaniya parlamentinin İcmalar Palatasının İnsan hüquqları üzrə birgə komitənin sədri, tanınmış ictimai-siyasi xadim Harriet Harmanın adından Komitə rəsmisindən edilmiş müraciətə cavab verilib. Məktubda xanım H.Harman tövsiyələr verib.

 

O, Britaniya parlamentinin dünyada insan hüquqları ilə bağlı mütəmadi rəylər verən Xarici İşlər Komitəsi, həmçinin, Azərbaycanla bağlı parlament qrupunun, parlamentari Bob Blakmanın Tovuz döyüşlərindən dərhal sonra 13 iyul 2020-ci ildə “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzkarlığı” ilə bağlı gündəliyə müzakirənin daxil edilməsi ilə bağlı təklifini də vurğulayıb.

 

Zahid Oruc Böyük Britaniya parlamentinin Birgə insan haqları Komitəsinin sədrinə diqqətə və operativ cavab məktubuna görə minnətdarlığını bildirib.

 

Britaniya parlamentinin müxtəlif formatlı dinləmələrində Azərbaycan tərəfinin məsələni diqqətdə saxlayacağını qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi