Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

11:56 30-07-2020 | icon 873 | Cəmiyyət
Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

İyul ayının 31-i müsəlman dünyasında Qurban bayramı qeyd olunacaq. Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da hər il Qurban bayramı böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir, Allah yolunda qurbanlar kəsilir, dualar edilir, insanlar bir-birilərini təbrik edirlər. 


İslamda iki əsas bayram var. Biri Orucluq, digəri Qurban bayramıdır. 


Qurban bayramı İslamda özünəməxsus ənənələri olan bayramlardandır. Bayram insanların bir-birinə sevinc bəxş etməsi, onlar arasında birlik və həmrəyliyin təmin edilməsi, qoruması üçün keçirilir. İslamda bayramların özünəxass mahiyyət və fəlsəfəsi var. Qurban bayramının əsas məqsədlərindən biri imkansız insanlara bayram günlərində sevinc yaşatmaq, onlara bayaram əhval-ruhiyyəsi bəxş etməkdir. Bir sözlə,  bayramın əsas məqsədlərindən biri imkansız insanlara cəmiyyətin bütövlüyünü, birlik və həmrəyliyini, onların yanında olduğunu hiss etdirməkdir.

Qurban bayramının əsas ənənələrindən biri də bayram günü qurban kəsilməsidir. İslama görə Qurban payı 3 yerə bölünməlidir. Payın biri qohumlara, biri qonşulara verilməli, digərini də ev sahibi özünə saxlamalıdır. Yəni Qurban yalnız ailə üzvlərinin bir yerə toplaşmasından ibarət deyil. Bayram digər insanlara – qonşulara və qohumlara sevinc bəxş etdikdə öz məqsəd və məramına tam çatmış olur. Bu baxımdan imkanı olan hər bir müsəlman qurban kəsməli, imkansız insanlara paylamalı, onları sevindirməlidir. 

Qurban bayramının adı Müqəddəs Kitablarda da qeyd olunduğu kimi, bilavasitə İbrahim Peyğəmbərlə bağlıdır. Allah-Təala İbrahim Peyğəmbərə oğlu İbrahimi qurban kəsməyi vacib buyurur. Burada əsas məqsəd İbrahim Peyğəmbərin sadiqliyini, Allaha inamını yoxlamaq idi. İbrahim Peyğəmbər Allah-Təalanın əmrini yerinə yetirmək məqsədilə oğlunu yerə uzadaraq Qurban kəsməyə hazırlaşır. Oğlunu kəsmək istəyən zaman Allah-Təala ona qurbanlıq göndərir. İbrahim Peyğəmbər bu əməli ilə Allahın sadiq və ona şükr edən bəndələrindən olduğunu bir daha təsdiq edir. 

Qurban kəsməklə bəndə həm də Allaha ona verdiyi hədsiz nemətlərə görə şükr etmiş olur. 

Bu ilki Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyindən onun bütün ənənələrini yerinə yetirməkdə müəyyən çətinliklər yarandı. İslam ənənələrinə görə bayramlarda həmçinin qohumlar ziyarət olunmalı, qəbirlər ziyarət edilməlidir. Qurban bayramı hər il ölkəmizdə yüksək əhval-ruhiyyədə qeyd olunur. 

Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehribna xanım Əliyeva xalqa müraciət edir, onları təbrik edir. Bu ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının bariz təzahürüdür. 

Sonda bayram münasibətilə xalqımızı təbrik edir, bütün dua və ibadətlərin, kəsilən qurbanların Uca Allah qatında qəbul olunmasını diləyirəm. Bayramınız mübarək! 

 

Ceyhun Məmmədov,
/Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI