"Erməni təxribatları nəticəsində 53 soydaşımız xəsarət alıb"

13:21 30-07-2020 | icon 170 | Siyasət
"Erməni təxribatları nəticəsində 53 soydaşımız xəsarət alıb"

“Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız müxtəlif bədən xəsarətləri alıb”.

 

Versua.Az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

 

Onun sözlərinə görə, Niderland, Belçika, Polşa, ABŞ, Rusiya, Ukraynada vətəndaşlarımız xəsarət alıb:

 

“Onların indiki vəziyyəti stabildir. Hər biri ilə əlaqə saxlanılır. Ukraynada tələbələrlə bağlı məsələ nəzarətə götürülüb və araşdırma aparılır. Xəsarət alanlar içərisində Azərbaycan vətəndaşları, həmin ölkədə oturum alanlar və həmin ölkələrin vətəndaşları var”.

 

“Belçikada xəsarət alanların bir neçəsi Belçika və Niderland vətəndaşlarıdır. Vəkillərlə məsləhətləşmələr aparılır, istintaq davam edir. Yaxın zamanda ictimaiyyətə məlumat veriləcək ki, hansı iş üzrə vəkillər məşğul olur.

Azərbaycan vətəndaşları üçün prosedur qaydalar başqa, həmin ölkə vətəndaşları üçün isə bu qaydalar başqadır. Bütün işlər nəzarətimizdədir”, - deyə sədr qeyd edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

96 yaşında universiteti bitirdi - VİDEO

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?