Koronavirusun hamilələrə təsiri

07:02 31-07-2020 | icon 582 | Sağlamlıq
Koronavirusun hamilələrə təsiri

ABŞ-ın Filadelfiya ştatının alimləri koronavirusun hamilə qadınlara təsirini araşdırıblar.

 

“Science Immunology” xəbər verir ki, bu məqsədlə aprel-iyun ayları arasında doğum evlərində COVID-19-a yoluxanlar müşahidə olunub. Alimlər hamilə qadınların virusa fərqli immun reaksiya göstərdikləri qənaətinə gəliblər.

 

Doğuşdan sonra 1 293 qadın anticisimlər üçün testdən keçirilib. Onların 6,2 faizində koronavirusa qarşı anticisim aşkarlanıb.

 

Lakin alimlər hələlik immunitetin irqi və etnik qruplarla necə bağlı olduğunu anlaya bilmirlər. Məlum olub ki, bəzi qadınlarda immunitet daha çox, digərlərində isə daha az inkişaf edir. Məsələn, ispan mənşəli qadınlar başqalarına nisbətən daha yaxşı qorunur –  onların 10,4 faizində anticisim yaranır, qaradərili hamilə qadınların isə 9,7 faizində immunitet var.

 

Tədqiqatın nəticəsinə görə, ağdərili qadınların yalnız iki faizində, asiyalıların isə 0,9 faizində koronavirusa qarşı immunitet formalaşır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO