Paşinyanın 7 şərt əllaməliyi və erməni xalqı üçün SOS

15:17 31-07-2020 | icon 269 | Siyasət
Paşinyanın 7 şərt əllaməliyi və erməni xalqı üçün SOS

Əlisahib Hüseynov: "Ermənistan bizim qarşımızda şərt irəli sürə bilməz"

 

"Ermənistanın avantürist Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bir həftə bundan öncə 7 şərt irəli sürərkən yəqin ki, ənənəvi erməni riyakarlığından və hiyləgərliyindən çıxış etmişdi. Zənnimcə, o düşünürmüş ki, bu şərtləri irəli sürməklə daxili auditoriyaya ünvanlı mesajlar vermiş olacaq və bu yolla erməni ictimaiyyətinin təzyiqlərindən qurtulacaq, həm də beynəlxalq təşkilatların dəstəyini qazanacaq. Eyni zamanda da populistcəsinə öz reytinqini qorumaq imkanı əldə edəcək. Lakin böyük ehtimalla Paşinyan bu şərtləri irəli sürərkən, Azərbaycan Prezidenti İlham Əliyevin çox keçməmiş onun iç üzünü açıb, hiyləgər niyyətlərini faş edəcəyini yəqin ki, gözləmirmiş. Azərbaycanın dövlət başçısının Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı Paşinyanın 7 şərt hiyləsi ilə bağlı səsləndirdiyi fikirlər doğrudan da Ermənistan Baş nazirinin imicini və mövqelərini darmadağın etdi".

 

Versus.Az xəbər verir ki, bunu şərhində Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri həmin fikirləri bir daha önə çəkib:

 

“Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. 


Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar”.

 

Azərbaycan Prezidentinin bu sözləri həm Minsk qrupunun həmsədrlərinə, həm də birbaşa Ermənistan ictimaiyyətinə, erməni xalqına ünvanlanıb. İlham Əliyev Ermənistan Baş nazirinin qeyri-konstruktivliyini və qeyri-adekvatlığını çox dəqiq şəkildə ifadə edib və həmsədrlərə göstərib ki, sülh danışıqları məhz Ermənistan rəhbərliyinin destruktiv, pozucu mövqeyi ucbatından dalana dirənib. Eyni zamanda İlham Əliyev erməni xalqına da şans yaradıb ki, Ermənistanı idarə edənlərin quldur, cinayətkar mahiyyətini yaxından görsün, tanısın".

 

Əlisahib Hüseynovun sözlərinəgörə, Prezidentin “Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur” sözləri əslində erməni xalqı üçün SOS siqnalıdır:

 

"Bu həm də Ermənistanın son 20 illik dönəmdə gerçək ictimai-siyasi mənzərəsini ortaya qoyur. Prezident İlham Əliyev Ermənistanı idarə edən keçmiş və hazırki siyasi qüvvələrin kriminal və satqın mahiyyətini açıb ortaya qoymaqla erməni xalqına illüziyalarla yaşamamağı, özünü aldatmamağı tövsiyyə edir və birmənalı şəkildə başa salır ki, Ermənistan hakimiyyəti Azərbaycan torpaqlarının işğalına son qoymayınca, sülh olmayacaq və onlar özləri peşman olacaqlar.

 

Prezident erməni xalqına da, Nikol Paşinyana da konkret olaraq ismarıc göndərdi ki, “Dağlıq Qarabağ respublikası” adlı dövlət, ölkə yoxdur və biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq. Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Odur ki, nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Ölkə başçısı bir daha fürsətdən istifadə edib Ermənistan silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılmasını beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələb etdiyini bütün ermənilərin diqqətinə çatdırdı. Bunu həm də tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır.

 

Zənnimcə, ermənilər Azərbaycan Prezidentinin bu qədər açıq mətnlə danışmasının məramı, məqsədi üzərində ciddi düşünəcəklər. Erməni xalqı başa düşməlidir ki, onu idarə edən siyasi rejimlər həmişə Qarabağ “kart”ından istifadə etməklə bütün erməniləri aldadır və eyni zamanda da erməni xalqının taleyini Qarabağ problemindən asılı vəziyyətdə saxlayırlar. Əgər erməni xalqı bundan sonra da acınacaqlı yaşayış tərzinin davam etməsini və erməni gənclərinin Qarabağda ölməsini istəmirsə müharibə canilərinin, siyasi quldurların və Sorosun nökərlərinin Ermənistanı idarə etməsinə son qoymalıdır.

 

Ali Baş Komandanımız Ermənistanın Baş nazirinin irəli sürdüyü şərtlərin zibil vedrəsinə atılacaq kağız parçasından başqa bir şey olmadığını söyləməklə, əslində Paşinyana tərs şillə vurdu və həmin şərtlərin qarşısına Azərbaycan tərəfindən yalnız bir şərtin irəli sürüldüyünü bəyan etdi:

“Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

 

Bəli, bu qədər açıq və konkret. Bununla da Prezident erməni xalqına və Ermənistanın Baş nazirinə başa saldı ki, Dağlıq Qarabağ məsələsində hər hansı bir ön şərt irəli sürə biləcək yeganə tərəf varsa, o da yalnız Azərbaycan tərəfidir. Ermənistan bizim qarşımızda şərt irəli sürə bilməz. Paşinyanın 7 şərtlə çıxış etməsi isə siyasi əllaməlikdən başqa bir şey deyil".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Sərt karantin rejimi yumşaldıldı: 

Livan ermənilərinin Dağlıq Qarabağa gətirilməsi cəhdinə RƏSMİ münasibət

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO

“Mən Qarabağam, Qarabağ Azərbaycandır!” - VİDEO

Tovuzun kəndləri yenidən atəşə tutuldu

Mehriban Zeynalova hökmlə razılaşmır

“Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır”

“Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitab qadağan edildi - FOTO

Dünyanın ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsi qurulacaq

Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular

Quyu qazan kəndli tarixi nümunələr tapdı