Azərbaycanda koronavirusla bağlı şad xəbər

14:49 02-08-2020 | icon 343 | Sağlamlıq
Azərbaycanda koronavirusla bağlı şad xəbər

   Epidemik prosesin sönməsi gedir

 

"Artıq bir aydan çoxdur ki, karantin rejimi yoluxma sayının artması səbəbindən yenidən sərtləşdirilib. Özünüz də müşahidə etdiniz ki, bu karantin rejiminin sərləşdirilməsi ilk 15-20 gündə yoluxma sayına əhəmiyyətli təsir göstərmədi və bu, onu göstərirdi ki, infeksiya ocaqları çoxdur.

 

Ona görə də karantin rejimi bir qədər vəziyyəti sabitləşdirdi, yoluxanların sayı sabitləşdi. Amma sonradan gördünüz ki, son 10-15 gündə artıq yoluxanların sayında azalma müşahidə olunur, hətta bəzən kəskin azalma müşahidə olunur və sanki yoluxmaların sayı azalma istiqamətində gedir. Bu, gözlənilən hal idi. Görülmüş tədbirlərin nəticəsidir".


 
Oxu24.com-un xəbərinə görə, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov "Real intervyu"da qonaq olarkən deyib.

 

"Epidemik prosesin belə bir qanunauyğunluğu var. Epidemiya başlayanda yoluxanların sayı sürətlə artır və o, özünün ən yüksək nöqtəsinə çatır. Ona pik vəziyyəti deyirlər. O, pik vəziyyətində müyyən qədər qala bilər.

 

Bu halda yoluxanların sayı sağalanların sayından həmişə çox olacaq. Pik vəziyyətini aşdıqdan sonra artıq epidemik prosesin sönməsinə doğru gedəcək.

 

Yəni yoluxanların sayı azalır, keçmişdə yoluxan insanlar isə müalicə olunub sağaldığı üçün sağalanların sayı çoxalır. Əksinə proses baş verir. Yoluxanların sayı azalır, sağalanların sayı çoxalır. Beləliklə, biz də Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk. Yəni pik vəziyyətindən artıq çıxıb, azalmağa doğru gedir. Sözsüz ki, müəyyən müddət sonra - bu, Operativ Qərargahın qərarından asılı olacaq - növbəti yumşalma olacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI