“Atəşgah” “Cümhuriyyət zirvəsi”ni fəth etdi

13:56 04-07-2018 | icon 85 | Gündəm
“Atəşgah” “Cümhuriyyət zirvəsi”ni fəth etdi

22 illik fəaliyyəti dövründə tariximizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasını əsas tutan, Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin 16 nəfər əməkdaşından ibarət qrup "Atəşgah" SŞ İdarə heyətinin sədri Azər Əliyev başda olmaqla, 30 İyun-1 İyul 2018-ci il tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, Qusar rayonu ərazisində, Tufandağın yan silsiləsində yerləşən “Cümhuriyyət zirvəsi”nə uğurlu alpinist yürüşü həyata keçirib.

 

Olduqca çətin marşrutlardan ibarət bu yürüş Azərbaycanın ən qədim və ən ucqar yaşayış məntəqələrindən biri sayılan Xınalıq kəndindən başlayıb. Şirkət əməkdaşları 1 iyul 2018-ci il tarixində, saat 11:30-da böyük şücaət göstərərək 3740 metrlik zirvəni uğurla fəth edib və orada bayrağımızı dalğalandırıblar.

 

Beləliklə, “Atəşgah” Sığorta Qrupu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təşkil olunan, şirkətin xanım əməkdaşlarının da iştirak etdiyi bu möhtəşəm yürüşlə öz fəaliyyət prinsipinin tərkib hissəsi olan və daim əməl etdiyi “tariximizə ehtiram və vətənpərvərliyin təbliği” missiyasını Azərbaycanın ucqar nöqtələrindən birində “Cümhuriyyət zirvəsi”ndə həyata keçirmiş olub.

 

Xatırladaq ki, “Atəşgah alpinist klubu”nun üzvləri 2010-cu ildən bəri mütəmadi olaraq Heydər zirvəsi, Şahdağ zirvəsi və digər yüksəkliklərə yürüşlər ediblər.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat alıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb