Narkotik vasitənin Avropaya daşınmasının qarşısı alınıb

17:32 24-07-2018 | icon 68 | Hadisə
Narkotik vasitənin Avropaya daşınmasının qarşısı alınıb

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

 

DGK-dan Versus.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Danimarka Respublikasına "İşıqlandırma avadanlıqları" yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsi Yük Şöbəsinin idxal nəzarət xəttində saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

"Kiti" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə nəqliyyat vasitəsinin qoşqusunun təkərlərinə reaksiya verib. Eyni zamanda təkərlərin arasında olan oxların sıxlığı "Buster" cihazı ilə yoxlanılan zaman oxlardakı sıxlıqların fərqli olduğu müəyyən edilib.

 

Daha sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə aparılan əsaslı yoxlama nəticəsində qoşqunun təkərlərinin arasındakı 3 ədəd oxun içərisindən gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 49 kq 200 qram təşkil edən kəskin iyli, tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu nazirliyin səlahiyyətləri artırıldı

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

Bu məhkumlarla bağlı qanun dəyişir

"Ona görə də insanları cəzalandırmaq qərarına gəldilər" - MÜSAHİBƏ