“Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət, bütün dünyaya örnək”

07:39 04-09-2020 | icon 165 | Geopolitika
“Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət, bütün dünyaya örnək”

Türkiyə Prezidentinin Sözçüsü İbrahim Qalın Azərbaycana təşəkkür əlaməti olan post paylaşıb.

 

Versus.az-ın xəbərinə görə, İbrahim Qalın bu barədə şəxsi "Twitter" səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” cümləsini paylaşıb və “Bir millət, iki dövlət, bütün dünyaya örnək” fikrini əlavə edib, həmçinin Azərbaycanla Türkiyə bayraqlarının birgə dalğalanan şəklini səhifəsində yerləşdirib.

 

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə də toxunub.

 

İlham Əliyev bu məsələdə Yunanıstana sərt mövqeyini bildirərək deyib ki, Türkiyə Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkədir. Prezident, həmçinin vurğulayıb ki, Azərbaycan heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək.

 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Polad Həşimovun adı küçəyə verildi

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"