Ölməyən erməniyə görə 22 il həbs cəzası alan nardaranlı

08:02 04-09-2020 | icon 83 | Hadisə
Ölməyən erməniyə görə 22 il həbs cəzası alan nardaranlı

Versus.az mövzu ilə bağlı cəmiyyəti məlumatlandırmaq baxımından aşağıda oxuyacağınız tale yazısını təqdim edir. Bu barədə Vetenugrunda.az-a Hollandiyada yaşayan soydaşımız, "Xudafərin" jurnalının baş redaktoru Elman Mustafazadə danışıb. 

***

Söhbət Nardaran kəndində anadan olmuş Həmiddən gedir (Talıbov Həmidulla Rauf oğlu). O, 1991-ci ildə Nardaranda doğulub. Bakıda orta məktəbi bitirib. Sərhəd qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra ali təhsil almaq üçün Avropaya yollanıb.

Elman bəy deyir ki, ingilis, rus dillərini bilən Həmid Avropada çox tez sevgi qazanır. Onu tanıyan hər kəs saflığına, məsumluğuna heyran olur:

"Hadisə Belcikanin Antverpen şəhərində olub. Antverpendə Suriya ermənisi olan millətçilərin bir kafesi var. Müştəriləri də əsasən suriyalılar və ermənilərdir. Bu kafedə azərbaycanlılarla bar sahibinin söz-söhbəti olur. Kafe sahibi barına azərbaycanlıların girişinə qadağa qoyur. Bu qanunlara ziddir, amma erməni bu addımı atır.

Bar sahibinin qadağasından xəbəri olmayan bir azərbaycanlı gənc bu kafeyə gəlir və təzyiqlə üzləşir. Həmin gün İlqar (ad şərtidir) adlı bir gəncimiz də gəlir kafeyə. Kafedə olan söz-söhbət zamanı ermənilər tökülüşüb bu iki gənci döyürlər. İlqarı çox vəhşicəsinə döyürlər və deyirlər ki, bu qoy azərbaycanlılara dərs olsun. Həmidin barda olan tanışı ona zəng edib deyir ki, burda sizin gəncləri ermənilər döydülər. Həmid bunu eşitdikdə evə qaçır və zibillikdən tapdığı tapançasını evdən götürüb kafeyə girir. O, içəri girəndə "yatın yerə!" deyib, aranı qarışdıran erməniyə atəş açır. Atəş nəticəsində erməninin anus dəliyi dağılır. Azərbaycanlıları tək görəndə döyüb, "güc göstərən" ermənilər uzandıqları yerdən tərpənmirlər. Hadisə şahidləri deyib ki, hətta polislər gəlib onları yerlərindən qalxmaq lazım olduğunu anlatsa da, qorxularından yerlərindən tərpənmirdilər.

Həmid İlqarı xilas etsə də öz həyatını təhülkəyə atıb. O, hadisədən dərhal sonra yaxınlıqdakı polis şöbəsinə gedib, baş verənlər haqqında danışıb və təslim olub. Həmid həbs edilib. O, 22 il müddətinə azadlıqdan məhrum edilib.

Həmid Nadaranda ziyalı ailəsində anadan oub

 

Mustafazadə deyir ki, Həmidin ulu babası Nardaranın qazısı Hacı Məhəmməd Rza Nardarani olub. Ana babası isə Molla Talıb Şərq bazarının uzun illər direktoru olub. Atası Rauf Talıbov BDU-nun hüquq fakültəsini bitirib. Bakının rayonlarından birində müstəntiq kimi çalışıb. Rauf Talıbov Qarabağ müharibəsi başlayandan əlinə silah alıb könüllü olaraq döyüşlərə yollanıb. Qubadlı, Zəngilan, Ağdərə, Laçında qəhrəmancasına döyüşüb. Bütün bunlar Həmidin uşaqlıqdan təfəkküründə bir qıcıq oyadıb. Lakin onu azad Avropada da eyni problemlərlə üzləşməsi, ermənilərin insan haqlarının hər şeydən üstün olduğu Avropada bu qədər meydan sulaması özündən çıxarır. Burda da ermənilərin at oynatması, soydaşımızı vəhşicəsinə döyüb azərbaycanlılara mesaj göndərməsi qeyrəti olan hər bir azərbaycanlını yerindən oynadardı".

 Elman Mustafazadə Həmidlə həbsxanada görüşüb: "Həmidə qarşı həbsxanada çox böyük sevginin şahidi oldum: "Həmidlə görüşəndə bu sağlam cüssəli gəncin vətənə olan bağlılğına heyran qaldım. Öz problemlərindən öncə Tovuz hadisələrini, Qarabağda baş verən son olayları soruşdu. Generalımızın şəhadətinə üzüldüyünü bildirdi. Qarşımda hələ də təhsil arzularının xəyalını gerçəkləşdirəcəyinə inanan, vətənini, xalqını canından çox sevən bir igidimizi gördüm".

E.Mustafazadə bildirdi ki, ölkəmizin Belçikadakı səfiliyinin əməkdaşları, o cümlədən konsul dəfələrlə Həmidin yanında olublar. Hətta maddi kömək də təklif ediblər o, razı olmayıb. Çünki həbsxanada çalışır və pula ehtiyacı yoxdur. Onun Azadlığa ehtiyacı var.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

“Hitleri narkotikə otuzduran həkim”