Türkiyə Aralıq dənizində hərbi mövqeyini gücləndirəcək

10:02 04-09-2020 | icon 649 | Dünya
Türkiyə Aralıq dənizində hərbi mövqeyini gücləndirəcək

Türkiyə Aralıq dənizində hərbi cəhətdən mövqeyini daha da gücləndirəcək.

 

Versus.az xəbər verir ki, bu barədə “Haber 7” nəşri məlumat yayıb.

 

Türkiyənin həm Şimali Kiprdə, həm də Liviyada dəniz və hava bazası yaradacağı bildirilib:

“PUA bazası olaraq istifadə edilən “Geçitqala”nın inkişaf etdirilməsi, Şimali Kiprə əlavə hərbi birləşmələrin və zirehli texnikanın göndərilməsi, raket sistemlərinin yerləşdirilməsi gündəmdədir. Bu müddət ərzində 42 ildir bağlı qalan Maraş da turizmə açılacaq. “İncirlik” hərbi bazasının statusu da yenidən nəzərdən keçiriləcək. Bundan başqa, Liviya ilə münasibətlər dərinləşəcək və Türkiyə bu ölkədəki hərbi fəaliyyətini artıracaq. Həmçinin, Şərqi Aralıqda yeni bölgələrdə NAVTEX vasitəsilə elan veriləcək. Bölgədə təlimlərlə birgə, qaz yataqları ilə bağlı tədqiqatlar da aparılacaq”.

 

Nəşr yazıb ki, S-400 sistemlərinin Aralıq dənizinin şərq hissəsini əhatə edəcək formada aktivləşdirilməsi planlaşıdırılır. Bundan başqa, Rusiya ilə ikinci S-400 sistemləri ilə bağlı anlaşma da gündəmdədir.

Nəşr iddia edir ki, Türkiyə Moskvadan 5-ci nəsil qırıcıları da satın ala bilər.

 

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Siyasətçinin oğlu ŞƏHİD OLDU

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”