Dağlıq Qarabağ azərbaycanlı icması Avropa Şurasına çağırış edib

10:16 04-09-2020 | icon 62 | Cəmiyyət
Dağlıq Qarabağ azərbaycanlı icması Avropa Şurasına çağırış edib

Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə edilməsini daha da gücləndirir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Şurasının rəhbərliyinə Ermənistanın bu məkrli siyasətini ifşa edən məktub ünvanlayıb.

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mətbuat xidmətindən məlumat verilib.

 

Məktubda Ermənistanın işğalı altında olan yuxarı Qarabağ bölgəsindən axan çayların qarşısını məqsədli şəkildə süni bəndlərlə kəsməsi, eləcə də Sərsəng su anbarından aşağı Qarabağ istiqamətində qanunsuz kanalların inşa edilməsi məsələləri öz əksini tapıb.

Daha sonra məktubada təcavüzkar Ermənistan su resurslarını təzyiq vasitəsi kimi istifadə edərək çayların aşağı axarlarında məskunlaşmış əhalinin təsərrüfatla məşğul olmasını faktiki mümkünsüz olduğu qeyd edilib. Belə ki, qış aylarında xüsusilə Sərsəng su bəndinin qarşısı açılaraq, təsərrüfata yararlı torpaqlar süni sellə erroziyaya məruz qoyulur. Yay aylarında - təsərrüfat suyuna ehtiyacın ən çox olduğu dövrdə - təcavüzkar Ermənistan suyun qarşısını kəsərək süni quraqlıq yaradır və beləliklə, kənd təsərrüfatına, eləcə də flora və faunaya ciddi zərbə vurur.

Məktubda Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci il “Çıraqovlar və digərləri Ermənistana qarşı” məhkəmə işinin yekun qərarına və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı il tarixli, 2085 saylı “Cəbhə bölgələrindəki azərbaycanlı əhali sudan məqsədli şəkildə məhrum edilir” başlıqlı qətnaməsinə istinad edilərək, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozması ifşa edilib.

Son olaraq məktubda, AŞPA baş verənləri yaxından izləməyə, eləcə də Ermənistanın bütün bölgəni humanitar və ekoloji fəlakətə aparan bu məkrli davranışlarına dərhal son qoyması üçün təxirəsalınmaz addımlar atmağa çağırılıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN

Milli Kitabxanada “Beynəlxalq Sülh Günü” - SƏRGİ