BNA ortaya elə bir “bomba” atıb ki...

10:23 04-09-2020 | icon 139 | Sosial
BNA ortaya elə bir “bomba” atıb ki...

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev ortaya elə bir “bomba” atıb ki, nə qurum bu sözün altından çıxa bilir, nə sosial media susur. BNA nümayəndəsinin taksi xidmətində vahid tarifin tətbiq olunması konsepsiyası haqda söylədiyi absurd fikirlər təbii olaraq cəmiyyəti ayağa qaldırıb. Üç gündür ki, sosial şəbəkələr H.Babayevi  tənqid edir. Məhz bu sitatlarına görə: “Taksi xidmətlərinin qiymətləri, demək olar avtobus qiymətlərinə bərabər olub, taksi xidmətlərindən əvvəllər olduğu kimi imkanlı insanlar istifadə etməlidir”.

Hərçənd H.Babayev yaxşı xatırlayar ki, taksi ilə bağlı yanaşma sovet dövründən qalmadır. O zaman doğurdan da hər adam taksiyə minməzdi. Birincisi ona görə ki, taksi indiki kimi çox deyildi. Bəzən taksiyə minmək üçün xeyli gözləmək lazım gəlirdi. İkincisi, çox taksilərdə taksometr vardı, yol haqqı 1 manatdan başlayar, şəhərin o başına 5-6 sovet rubluna getmək olardı, yəni “varlılar minirdi” deyə bir şey yox idi.

Tələbələr rayondan yeni tədris ilinə yüklə gələndə taksilər adətən qiyməti qaldırardı. Qalan vaxtı kasıb zümrə sayılan, məsələn, tələbə, müəllim niyə taksiyə minməli idi ki?! Çünki bir istiqamətə metro da, avtobus da, üstəlik, bəzi hallarda tramvay və trolleybus da işləyirdi. Bakıda əhali də belə çox deyildi. İndi adam çoxdur, taksi ondan da çoxdur, hətta indi 60-70 min dəyəri olan maşınların onlayn taksi şirkətləri ilə əməkdaşlıq etdiyini görmək olur. Yəni məsələ kasıb-varlı söhbəti deyil. Problemin kökü düzgün idarəetmənin olmaması, taksi firmaları ilə işin düzgün qurulmamasıdır.

Bunu yazıçı-deputat Aqil Abbas son günlər gedən müzakirələrlə bağlı açıqlamasında bildirib.  O, bildirib ki, sovet vaxt hamı taksidən istifadə edə bilirdi: “Mən bu açıqlamanın mənasını anlaya bilmirəm, necə yəni əvvəllər olduğu kimi imkanlı adamlar taksidən istifadə etməlidir? Sovet dövründə tələbə də, fəhlə də taksiyə minirdi. O vaxt baha da deyildi, 60 qəpik idi, çox adam sürücüyə 1 manat verib düşürdü. Son illərdə bizdə taksi bahalaşmışdı. Amma elə ki, rəqabət yarandı, müxtəlif şirkətlər fəaliyyətə başladı, taksi xidmətində qiymətlər endi. Ona görə axır illər hamı üçün sərfəlidir, insanlar ucuz qiymətə mənzilbaşına gedib çıxırlar. Çünki avtobusa bir saata getdiyin yolu taksi ilə 15 dəqiqəyə çatırsan. Bunun varlı-kasıbla nə əlaqəsi? Ümumiyyətlə, sovetin dönəmində varlı-kasıb yox idi, demək olar  ki, hamı bərabər səviyyədə yaşayırdı. Ona görə taksiyə minmək varlılıq əlaməti sayılmırdı. Cəmi bir manat idi.  Tələbə ayda 10 dəfə taksiyə minə bilərdi. Ümumiyyətlə, 1987-ci ilə - maşınım olana qədər taksiyə minmişəm. Nadir hallarda avtobusa minmişəm. Həmişə taksi ilə gedirdim. Çünki basabasdan xoşum gəlmirdi. Bu, heç də Aqil Abbasın varlı olması demək deyildi”.

A.Abbasın fikrincə, BNA-nın taksidə vahid tarif sistemini tətbiq planı inhisarçılığa xidmət edir: “Görünür, taksi sahəsində ucuzlaşma sərf etmir, istəyirlər ki, monopoliya yaratsınlar, qiymətləri də qaldırsınlar. Dünyada görünməmiş  hadisədir. Həmin açıqlamanı verən adam bu qurumda nə işləyir, nə ilə məşğuldur, nə danışır, bilmək olmur. O, dediyi sözləri əsaslandırmalıdır. Necə yəni, imkanlı taksiyə minməli, mən piyada getməliyəm? Bu nə yanaşmadır? Ümumiyyətlə, həmin adam işdən çıxarılmalıdır. Çünki xalqı iqtidara qarşı qaldırır”.

Deputatın sözlərinə görə, Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi var: “Bu qurum monopoliyaya qarşı mübarizə aparır. Bu gün 10 min adam taksidən dolanır. Onlar da 10-16 saat işləyir. Taksi sürücüləri qazandığı pulla villa ala, adada dincələ bilməz, ancaq çörək puluna işləyir. Deyir ki, işə əli çatmır, gedib kreditlə maşın götürüb taksi işləyir. Bu nə açıqlamadır? Əgər zavod, fabrik yoxdursa neyləsin? Oğurluq etmir, adam qabağı kəsmir, halal zəhməti ilə ailəsinə çörək pulu qazanır. Adam kreditə maşın götürür, sonra ödəyə-ödəyə zülmlə pul qazanır”.

A.Abbas vahid tarifin əleyhinədir: “Taksidə vahid qiymət olar? Taksiyə sayğac qoyula bilər. Əhali buna görə pulunu ödəyər. Tutaq ki, gediş haqqı 3 manat 20 qəpik edir. Sürücü səndən 10 qəpik də artıq istəmir axı...Məsələn Türkiyədə sayğac sistemidir. Şirkətlər maşını özü verir. Bizdə də sayğac sistemi yaradıla bilər”.

Deputat təklif edir ki, əgər xarici taksi firmaları yerli bazarda hegemonluq edirsə, qiymətlərə diktə etməyi bacarırsa, o zaman daxildə sahibkarlara şərait yaradılmalıdır, şirkət açılmasına imkan verilməlidir: “Axı imkan vermirsiniz. Hansısa Məmməd dovğa istehsal edir, hökumətdən bir qəpik istəmir. Səhəri gəlib deyirlər ki, 20-30 min ver, istehsal üçün lisenziya al. Ona görə imkan yarat, qoy yerli taksi şirkətləri açılsın”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bilik günü" ilə bağlı Nazirlikdən AÇIQLAMA

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir

Milli Məclis yeni sessiyaya başladı

Ermənilərin qanunsuz köçürülməsi haqda beynəlxalq təşkilatlara MÜRACİƏT

Ermənilər yenidən Tovuzun üç kəndini atəşə tutub - RƏSMİ

Günün matçlarını yayımlayacaq kanallar

"Uzun illərdir ki, ermənilərin məkrli siyasətindən və vandalizm aktlarından əziyyət çəkirik"

17 yaşlı hörümçək adam  "Hörümçək adam" 

Əli Həsənov xəstəxanda olduğunu təsdiq edən sənədləri İCTİMAİLƏŞDİRDİ - FOTO

Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

Nazirlikdən gecə cəbhədə baş verənlərlə bağlı MƏLUMAT

Bu uşaqlarda şəkərli diabetə meyillilik daha çox ola bilər

Ermənilər Azərbaycana məxsus dini abidəni murdarladı – FOTO

“Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir”

TƏBİB rəsmisi xəbərdarlıq etdi - VİDEO