İtaliya mətbuatı: “Hakobyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır”

14:34 04-09-2020 | icon 1480 | Gündəm
İtaliya mətbuatı: “Hakobyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır”

İtaliyanın "Eurasianews" xəbər portalında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın bu dəfə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın qismində həyata keçirdiyi təxribatlarla bağlı "Hakobyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır" başlıqlı yazı dərc olunub.

 

Versus.az trend-ə istinadən bildirir ki, "Son iyul hadisələrindən sonra hazırda Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədində və hər iki ölkənin qoşunları arasında təmas xəttində xüsusi zorakılıq halları müşahidə olunmamasına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatedici məqamlar mövcuddur.

 

Son aylar mətbuatda öz əri ilə birlikdə iqtisadi-maliyyə maxinasiyaları ilə məşhur olan Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan 2018-ci ildə regionda sülhün müdafiəçisi kimi özünü təqdim edir və azərbaycanlı qadınları da "Sülh uğrunda qadınlar" kampaniyasına qoşulmağa dəvət edirdi. Lakin cəmi il yarımdan sonra həmin Anna Hakobyanın özünün "sülhpərvər qadınları" ilə birlikdə otuz ildən artıqdır ki Ermənistanın hərbi işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlərdə iştirak etdiyi barədə xəbərlər yayılır. O, sülhə çağırışlarını unudaraq və təlim yerlərinin yaxınlığında mülki azərbaycanlıların yaşadıqları kəndlərin mövcudluğuna məhəl qoymayaraq, qadınları həmçinin silahlardan istifadə etməklə Dağlıq Qarabağı müdafiə etməyə dəvət edir. Təlim yerlərindən çəkilmiş şəkillər həm Paşinyanın inqilabi diktaturasının, həm də Ermənistanın hərbi təcavüzünün mahiyyətini sübut edir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?

 

İyul hadisələri, eləcə də Ermənistan qadınlarının belə hərəkətləri Ermənistanın müdafiə nazirinin sözlərini bir daha təsdiq edir, hansı ki o iyul hadisələri və Ermənistanın Azərbaycana hücum etməsi səbəbindən Tovuz rayonunda zorakılığın artmasından əvvəl bildirmişdi ki, "Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırdır"".

Yazı ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”