İrəvan Qarabağın anneksiyasına hazırlaşır? – Şok

16:10 04-09-2020 | icon 937 | Qarabağ
İrəvan Qarabağın anneksiyasına hazırlaşır? – Şok

“Qarabağ Ermənistandır və nöqtə”, “Ordumuz müdafiəyə yox, hücuma hazırlaşmalıdır” kimi aqressiv bəyanatlar, Gəncə və Mingəçevirə zərbələrin vurula biləcəyi haqda hədələr bir şeydən xəbər verir: İrəvan müharibəyə hazırlaşır.

 

Versus.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyanın sülh danışıqlarına qarşı çıxması haqda danışarkən deyib.

 

O bildirib ki, Nikol Paşinyan 2018-ci ildə meydanlardan siyasi arenaya gələrkən onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sələflərindən fərqli nəsə edəcəyi gözlənilirdi:

“Hətta ABŞ Prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dediyi sözlər münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürlər formalaşdırdı. Lakin təəssüf ki, gözləntilərin əksinə, Paşinyan gərginliyi heç olmadığı qədər artırdı.

Paşinyanın sadiq adamı olan Dağlıq Qarabağdakı separatçıların “lider”i Araik Arutyunyan isə son olaraq açıq şəkildə sülh danışıqlarına qarşı çıxdığını deyərək, anneksiya mesajı verdi. Bu, bir daha onu göstərir ki, separatçı lider İrəvanın təlimatlarını qeyd-şərtsiz yerinə yetirir”.

Professorun sözlərinə görə, Ermənistanın nə düşünməsindən asılı olmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək haqqına sahibdir:

“Çünki Azərbaycanın belə bir şeyə ehtiyacı yoxdur. Ermənistan qoşunlarının Dağlıq Qarabağı işğal etməsi faktı özü belə uzun illərdir Azərbaycana Qarabağa hərbi müdaxilə haqqı tanıyır.

BMT Baş Assambleyasının 1996-cı il tarixli qərarına əsasən, dövlətlərə konkret səbəblər qarşısında güc tətbiq etmək haqqı tanınır. Azərbaycanın BMT-nin müvafiq qərarında öz əksini tapan bir yox, bir neçə güc tətbiqetmə faktını əsas gətirib, Qarabağa hərbi müdaxilə edə bilər”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

İtmiş oğullarına 38 ildən sonra qovuşdular - VİDEO

Koronavirusla bağlı SON STATİSTİKA

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ