”İrəvan 10 illik danışıqdan imtina etdi"

16:31 04-09-2020 | icon 1608 | Gündəm
 ”İrəvan 10 illik danışıqdan imtina etdi"

Ermənistan rəsmiləri müxtəlif səviyyələrdə Madrid prinsiplərindən imtina etdiklərini bəyan ediblər. Əslində bu, 26 ildir aparılan danışıqlar çərçivəsində son 10 ildə gedən müzakirələrin sonu deməkdir. Bu tendensiya 2019-cu ilin martından bu yana davam edir. Əvəzində isə erməni milliyyətçiləri həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən “Sevr” prinsipini irəli sürürlər. Bu isə ekspansionist “böyük Ermənistan” layihəsinin irəliləyişi deməkdir.

 

Versus.az xəbər verir ki, bu sözlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin şərhində əks olunub.

Fərid Şəfiyev bildirib ki, bu günlərdə Livan ermənilərinin Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirilməsi və Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşının Azərbaycanın işğal olunmuş torpaqlarında “hərbi təlimlərə” qatılması danışıqların yenidən başlaması ehtimalının məhvi istiqamətində atılmış addımdır:

“ATƏT-in Minsk Qrupu həmsədrləri baş verən son proseslərlə bağlı öz mövqelərini birmənalı olaraq bəyan etməlidirlər.

Eyni zamanda erməni milliyyətçiləri sərgilədikləri son hərbi duruşdan sevincli olsalar da, bu da aydındır ki, Ermənistanda qondarma “məxməri inqilab” artıq başa çatıb. Mən tək beynəlxalq yanaşma deyil, həm də yerli ab-havadan bəhs edirəm. İndiki Ermənistan hökuməti də əslində əvvəlki rejimin həm daxili, həm də xarici kursunu təkrarlayır”.

 

Versus.az

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Qəhrəmanımızı tanıyaq

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Polad Həşimovun adı küçəyə verildi

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

Azərbaycana qarşı siyasət sərtləşəcəkmi?

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

Deputat İmişlidə Şəhid ailəsinin qayğıları ilə maraqlanıb