"Türkiyəyə ən böyük dəstəyi Azərbaycan prezidenti verdi"

16:52 04-09-2020 | icon 227 | Geopolitika
"Türkiyəyə ən böyük dəstəyi Azərbaycan prezidenti verdi"

Ərdəm Ərən: "Güclü Türkiyə eyni zamanda güclü Azərbaycan deməkdir"

 

"Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizində apardığı araşdırmalara dəstək olması heç şübhəsiz ki, Türkiyəyə güc verəcək"

 

Versus.az xəbər ki, bunu xarici siyasət üzrə türkiyəli ekspert və "Beyaz Hareket" siyasi hərəkatının baş katibi, Politoloq və Tədqiqatçı yazar Ərdəm Ərən deyib.

 

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən mövqeyini qəti şəkildə ortaya qoyması Türkiyəyə ən böyük dəstəkdir.

 

"İki qardaş ölkə rəsmilər yaxşı bilirlər ki, Türkiyənin istər Şərqi Aralıq dənizində istərsə də Qara dənizdə kəşf etdiyi yeni enerji yataqları ilə Ankaranın əldə edəcəyi real siyasi və energetik imkanlar sadəcə Türkiyənin deyil, eyni zamanda Azərbaycanın da maraqlarına xidmət edəcək. Çünki güclü Türkiyə eyni zamanda güclü Azərbaycan deməkdir" - deyə, o bildirib.

 

Onun sözlərinə görə, bir millət iki dövlət düşüncəsinə uyğun olaraq, Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizində apardığı araşdırmalara dəstək olması heç şübhəsiz ki, Türkiyəyə güc verəcək.

 

"Türkiyənin sonsuza qədər Azərbaycanın yanından olacağına şübhəmiz olmadığı kimi, Azərbaycanın da sonsuza qədər Türkiyəynin yanında olacağına əsla şübhə yoxdur" - deyə, Ərdəm Ərən əlavə edib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkənin kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrilib.

 

Anadolu və İHA agentlikləri, TRT HABER, CNN TÜRK, A HABER, TGRT HABER televiziya kanalları, "Milliyet", "Hürriyet", "Sözcu", "Takvim", "Star" və digər qəzetlər "Azərbaycan Prezidenti Əliyevdən Türkiyəyə dəstək", "Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi: tərəddüdsüz dəstəkləyirik!", "Prezident Əliyev yunan səfirin üzünə söylədi: Aralıq dənizində Türkiyəni tərəddüdsüz dəstəkləyirik", "Nazir Çavuşoğludan Azərbaycan Prezidenti Əliyevə Şərqi Aralıq dənizi ilə bağlı təşəkkür", "Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi", "Azərbaycan Prezidenti İlham Əliyevdən Şərqi Aralıq dənizi mesajı: Türkiyəni tərəddüdsüz dəstəkləyirik" və digər sərlövhəli xəbərlərlə türkdilli oxucuları mövzu ilə bağlı məlumatlandırıblar.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Siyasətçinin oğlu ŞƏHİD OLDU

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

Bir sıra kəndlərimiz azad edilib

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

"Jurnalistlərimiz öz missiyasını layiqincə yerinə yetirməlidir” - Müsahibə

Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” – Zəfər əmri!