Rəhim Qazıyev ev dustaqlığına buraxıldı

18:14 04-09-2020 | icon 236 | Siyasət
Rəhim Qazıyev ev dustaqlığına buraxıldı

"Ev dustaqlığı 13 noyabradək müəyyən edildi”

 

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan sabiq Müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılıb.

 

Versus.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

 

O bildirib ki, Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanova Rəhim Qazıyev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib:

"Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixinədək müəyyən edildi”.

 

Xatırladaq ki, R.Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri təqsirli bilinərək saxlanılıb. Səbail rayon məhkəməsinin qərarı ilə R.Qazıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

İttihama görə, 2020-ci il iyulun 12 və 13-də sabiq Müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxribatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb. Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Polad Həşimovun adı küçəyə verildi

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ

Azərbaycana qarşı siyasət sərtləşəcəkmi?