Azərbaycanda iki vəzifəli şəxs həbs edildi - Video/Yeni

21:56 04-09-2020 | icon 575 | Hadisə
Azərbaycanda iki vəzifəli şəxs həbs edildi - Video/Yeni
 
Rüşvətə görə həbs edilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin görüntüləri yayılıb.

Versus.az  xəbər verir ki, həmin görüntülərdə A.Poladov və S.Rzayevin vətəndaşdan rüşvət aldıqları əks olunub.

***

14:28

Təkmil torpaq bazarının formalaşdırılması və torpaq resurslarından səmərəli istifadə ölkə iqtisadiyyatının və aqrar sektorun dayanıqlılığını şərtləndirən əsas hədəflər sırasında olmaqla bu strateji sahə üzrə münasibətləri tənzimləyən dövlət siyasətində mütərəqqi və sistemli yanaşma tətbiq olunur.

Verrsus.az-ın xəbərinə görə, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin birgə məlumatında deyilir:

"Bəzi hallarda ayrı-ayrı vəzifəli şəxslər tərəfindən qeyd edilən sahədə vətəndaşlarla dövlət arasında olan nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur ki, belə halların aşkara çıxarılaraq kəsərli təsir tədbirlərinin görülməsi istiqamətində Azərbaycan Respublikasının prokurorluq orqanlarının intensiv fəaliyyəti davam etdirilir.

Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində 02 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda təqsirləndirilən şəxslərin fəaliyyətində başqa qanun pozuntularına yol verilib-verilməməsinin araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir".

 

Versus.az

Xəbər lenti

BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi

Lazım gələrsə, Şura Azərbaycan və Ermənistan nümayəndələri ilə görüş keçirəcək

Gəncədə ağır qəza

Bu komanda Çempionlar Liqası ilə vidalaşdı

Tarixə ekskursiya: Madlen Olbrayt BMT TŞ-nin Qarabağ münaqişəsinə dair qətnaməsini oxuyur - VİDEO

Paşinyan erməni nümayəndə heyətinin Rusiya səfərini ləğv etdi

Aktyor olmaq istəyən Milli Qəhrəman - FOTO

Cəbrayıl istiqamətində düşmənin döyüş texnikaları məhv edildi

Bu məşhur məkanlar Azərbaycan bayrağı ilə işıqlandırıb - FOTO

Bu təhsil müəssisələrində hansı qaydalara əməl olunmalıdır?

Qarabağda döyüşmək istəyən Türkiyə vətəndaşlarından həmrəylik - VİDEO

Ermənilərin ərazilərimizə atdığı aviabomba və raketlər aşkarlandı - FOTO

Azərbaycan Ordusundan uğurlu əməliyyat - VİDEO

“Bu tip şişkinliklər olduqda həkimə müraciət etmək məsləhətdir”

Ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib

Polad Bülbüloğlu Rusiya XİN-də görüş keçirib - VİDEO

“Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

“Hitleri narkotikə otuzduran həkim”