“Sədərək və Binənin fəaliyyətinə də icazə verilməlidir” - Millət vəkili

14:46 05-09-2020 | icon 686 | Cəmiyyət
“Sədərək və Binənin fəaliyyətinə də icazə verilməlidir” - Millət vəkili

Ölkədə tətbiq olunmuş sərt karantin qaydalarında bəzi dəyişikliklər edilir. Bir çox qaydaların ləğvindən sonra bu addım insanlara sərbəstlik verəcək. Eyni zamanda qapadılmış iş yerlərinin yenidən fəaliyyət göstərməsinə də imkan yaranacaq. Artıq rayonlara gediş-gəlişin, restoranların, mehmanxanaların fəaliyyətinə icazə verilir. Bu da uzun müddətdən sonra iqtisadi fəallığının bərpasına imkan yaradacaq.

 

Versus.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, insanlar yenidən öz iş yerlərinə qayıda və gündəlik qazanc əldə edə biləcəklər.

Millət vəkili vurğulayıb ki, Binə və Sədərək kimi iri ticarət mərkəzlərinin fəliyyətinə də icazə verilməlidir: “Məktəblərin açılması öncəsi insanlara alış-verişə imkan yaradılmalıdır. Təbii ki, COVİD-19-a görə bütün sahələrin qapadılmasının qeyri-müəyyən müddətə saxlanılması düzgün deyil.

Amma müəyyən müddətə qapanma ölkədə sanitar-epidemiolji vəziyyətin sabitləşməsinə imkan verdi. Hər bir şəxs başa düşməlidir ki, yumşalmaların olması heç də koronavirusun bitməsi deyil. Koronavirusa qarşı peyvəndləmə olana qədər müəyyən tələblərlə yaşamağa məhkumuq”.

Deputat qeyd edib ki, vətəndaşlar müəyyən olunmuş sosial məsuliyyəti yüksək tutaraq həyatlarına davam etməlidir: “Qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək və gigiyenik qaydalara riayət olunması vacibdir. Yenidən qapanmaya getmək istəmiriksə qeyd olunan şərtlərə hamılıqla riayət olunmalıdır”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Prezident Administrasiyasını heçə sayan “Konstra” MKT-nın QURBANLARI

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlanıb - FOTO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR