"Azərbaycanda heç kim 10-15 nəfərlə toy etmək istəmir, ona görə də..."

15:22 05-09-2020 | icon 722 | Cəmiyyət
"Azərbaycanda heç kim 10-15 nəfərlə toy etmək istəmir, ona görə də..."

Toy mərasimləri həm adət-ənənə baxımından həm, ümumiyyətlə, gözəl bir hadisəni təntənəli bir şəkildə qeyd etmək baxımından insanların bir araya gəlməsi, sosiallaşması, uzun müddət bir-birini görməyən qohumların görüşməsi, yeni qohumlarla tanış olmaqları baxımından çox əhəmiyyətli, çox vacibdir.

 

Versus.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov açıqlamasında deyib.

 

Şöbə müdiri bildirib ki, Azərbaycanda indiki durumda toylarla bağlı icazə çox tez olar:

"Zənnimcə, insanların toy keçirməsi nikahla birbaşa bağlı deyil, yəni nikah nikahdır. Bağlandı, artıq insanlar nikah bağlamış hesab olunurlar, demək, bir ailə kimi yaşaya bilərlər. Toy mərasimi, sadəcə olaraq, onun təntənəli qeyd olunması mərasimidir, necə ki, insanlar ad günü qeyd edirlər. Əgər ad günü mərasimi olmasa insanın 30 yaşı tamam olmayacaq? Bu, bir az absurd bir şeydir, amma, əlbəttə ki, vacibdir.

 

Kim istəyər ki, onun qohumları gəlsin toyda virusa yoluxsun?!

İnsanlar başa düşməlidirlər ki, əgər hazırda bütün dünya koronavirusla mücadilə edirsə, əgər bir çox ölkələrdə, o cümlədən Azərbaycanda bu qədər insan ölürsə, belə mərasimləri təxirə salmaq olar. İnsanlar həmişə toya kimləri dəvət edir, yaxın qohumlarını, dostlarını və s. Kim istəyər ki, onun qohumu gəlsin bu toyda ya xəstələnsin, ya da ki kimlərisə xəstələndirsin?! Həmin toy artıq acı xatirə kimi yadda qalacaq. Bu, kimə lazımdır? Düşünürəm ki, bizim insanlarımız daha məsuliyyətlidir. Hamı bilir ki, toy risklidir, insanlar toylarını səbirsizliklə gözləyirlər. Bir çoxları artıq gedib nikh bağlayıbdır, nikahdan sonra toy da etmək olar. 

 
 

Hazırda toy qərarı mümkünsüzdür

Bizim gənclərimizi və toy etmək istəyən digər insanları toyun baş verməməsi saxlamamlıdır. Yəni, əgər onlar nikaha hazırdırlarsa, onsuz da, toy nikah bağlandıqdan 30 gün sonra ola bilər. Nikah bağlanırsa, bunlar artıq qanun qarşısında, inanclı insanlardırsa, din qarşısında bir ailədirlər. Toyu sonra da etmək olar. Ona görə də insanlar öz sağlamlıqlarını, yaxın qohumlarının, dostlarının, sevdikləri insanların sağlamlığını, ilk öncə, öndə tutmalıdırlar. Ona görə toyların keçirilməsi nə vaxt icazə verilərsə, epidemioloji vəziyyət qənaətbəxş olarsa və yaxud dünyada COVİD-lə bağlı hər hansı bir pozitiv irəliləyiş olarsa, o zaman, yəqin ki, toylara icazə veriləcək. Amma hazırda heç bir sivil ölkədə toyların keçirilməsinə icazə yoxdur və yaxud çox məhduddur, yəni 10-15 nəfərlə qeyd edirlər. Azərbaycanda heç kim 10-15 nəfərlə toy etmək istəmir. Ona görə də düşünürəm ki, hazırda toy qərarı mümkünsüzdür, çox risklidir. Həm yas, həm də ki toy mərasimləri, ad günləri Azərbaycanda və eləcə də digər ölkələrdə insanların kütləvi yoluxmasına səbəb olubdur və bundan sonra da ola bilər. Ona görə də bunu bilə-bilə hansı dövlət buna gedə bilər, hansı vətəndaş bunu tələb edə bilər? Bu məsuliyyətsizlik olar".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Polad Həşimovun adı küçəyə verildi

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"Vətən məni çağırsa, yenə getməyə hazıram"