"Anafilaktik şoklu pasiyentin stasionar müalicəsi 7-10 gün ərzində aparılır"

17:27 05-09-2020 | icon 970 | Sağlamlıq
"Anafilaktik şoklu pasiyentin stasionar müalicəsi 7-10 gün ərzində aparılır"

Nərminə Abbasova: “Ağırlaşmaların aşkarlanması və vaxtında müalicəsi məqsədilə xəstə müşahidədə olmalıdır”

 

“Anafilaktik şok – allergenin orqanizmə təkrar yoluxması nəticəsində ağır hemodinamik pozulmalar və hipoksiyanın inkişafı ilə xarakterizə olunan kəskin patoloji vəziyyətdir. Anafilaksiyanın əsas inkişaf səbəbləri orqanizmə müxtəlif dərmanların və vaksinlərin yeridilməsi, həşərat dişləmələri, qida allergiyasıdır. Şokun ağır dərəcələrində qısa zamanda huş itirilir, koma inkişaf edir və təxirəsalınmaz yardım göstərilmədikdə letal sonlanma baş verir. Müalicə allergenin orqanizmə daxil olmasının qarşısının alınması, qan dövranı və tənəffüs funksiyalarının bərpası, ehtiyac olduqda reanimasion tədbirlərin həyata keçirilməsindən ibarətdir”.

 

Bunu Versus.Az-ın Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA Anafilaktik şok haqqında danışarkən bildirib.

 

 

Anafilaktik (anafilaksiya) şok barədə ümumi məlumat verən Nərminə xanım bilirdi ki, anafilaktik şok yad maddə – antigenlə kontakt zamanı inkişaf edən sürətli tip ağır, sistemli allergik reaksiyadır. Bu yad maddələrə dərman preparatları, qan zərdabı, rentgenokontrast maddə, qida məhsulları, ilan və həşərat sancmaları daxildr.

 

 

Həkim-terapevt deyir ki, patoloji vəziyyət qan dövranı, orqan və sistemlərin funksiyalarının dərin pozulmaları ilə müşayiət olunur:

 

“Anafilaktik şok təxminən 50000 insandan birində inkişaf edir; bu sistemli allergik reaksiya klinik hallarının sayı ilbəil artır. Belə ki, Amerika Birləşmiş Ştatlarında hər il anafilaktik şokun inkişafı ilə əlaqəli 80 mindən çox klinik hal qeydə alınır; ömür boyunca azı bir anafilaksiya epizodunun yaranma riski ABŞ əhalisinin 20-40 milyonunda mövcuddur. Statistikaya əsasən anafilaktik şokun inkişafının səbəbləri təxminən 20% hallarda istifadə olunmuş preparatlardır. Anafilaksiyada letal sonlanma heç də az baş vermir.

 

 

Anafilaktik şokun səbəblərindən söz edən Nərminə xanım bildirdi ki, anafilaktik reaksiyaların inkişafına gətirib çıxaran allergen insan orqanizminə daxil olan istənilən maddə ola bilər. Onun sözlərinə görə, anafilaktik şokun tez-tez rastlanan inkişaf səbəbi müxtəlif dərman preparatlarının orqanizmə yeridilməsidir:

 

 

“Bunlara antibiotiklər hormonal, ferment preparatları, anestetiklər, heteroloji zərdab və vaksinlər aiddir. İmmun sistemin hiperreaksiyası instrumental müayinələr zamanı istifadə olunan rentgenokontrast maddə yeridildikdə də inkişaf edə bilər. Anafilaktik şokun yaranmasının daha bir səbəbi ilan və ya həşərat sancmasıdır”.

 

Həkim deyir ki, anafilaksiya bir sıra hallarda qida allergenlərinə qarşı yaranır:

 

Lateksdən istehsal olunmuş məhsullara, məsələn, rezin əlcək, kateter, şinalar və sair bu kimi məhsullara qarşı anafilaksiyaların rastlanması da artır. Avokado, banan, kivi kimi bəzi meyvələrə və lateksə qarşı çarpaz allergiya tez-tez müşahidə olunur.

Xəstəlik müxtəlif fiziki təsirlərin, həmçinin müəyyən qida məhsullarının (krevetka, fındıq, toyuq əti, kərəviz, ağ çörək) və sonrakı fiziki yüklənmələrin kombinasiyasının təsirindən də inkişaf edə bilər. Anafilaktik şok antigen xassəli maddə ilə immunoqlobin E arasında qarşılıqlı əlaqə nəticəsində inkişaf edən ləng tipli generalizə olunmuş allergik reaksiyanı özündə əks etdirir. Allergen orqanizmə təkrar daxil olduqda müxtəlif mediatorlar xaric olunur və ürək-damar, mədə-bağırsaq, tənəffüs sistemi, dəri örtükləri tərəfindən çoxsaylı sistemli təzahürlər inkişaf edir. Bu təzahürlər damarların kollapsı, hipovolemiya, saya əzələlərin yığılması, bronxospazm, selikli qişaların hipersekresiyası, müxtəlif lokalizasiyalı ödemlər və başqa patoloji dəyişikliklərdir. Nəticədə dövr edən qanın həcmi azalır, arterial təzyiq düşür, damar-hərəkət mərkəzi iflic olur, ürəyin vurğu həcmi azalır və ürək-damar çatışmazlığı inkişaf edir. Anafilaktik şok zamanı sistemli allergik reaksiya bronxların spazmı, bronx mənfəzində qatı, yapışqan seliyin toplanması, ağciyər toxumasının qanaması və atelektazı, kiçik qan dövranında durğunluqla müşayiət olunur. Dəri örtüklərinin, qarın boşluğu və kiçik çanaq orqanlarının, endokrin sistemi, baş beyin zədələnmələri qeyd olunur.

 

 

N.Abbasova qeyd edir ki, anafilaktik şokun klinik simptomları xəstə orqanizmin fərdi xüsusiyyətlərindən, ən çox zərər çəkən orqandan – “şok orqan” antigen təbiətli maddələrin orqanizmə daxil olma yolundan asılıdır. Həkim deyir ki, bu zaman xarakterik simptomatika ildırım sürətilə, yəni preparatın parenteral yeridilməsi zamanı və ya allergenlə qarşılaşdıqdan 2-4 saat sonra inkişaf edir:

 

Anafilaksiya üçün kardiovaskulyar sistemin fəaliyyətinin kəskin inkişaf edən pozulmaları – arterial təzyiqin azalması, başgicəllənmə, zəiflik, bayılma vəziyyətləri, aritmiyalar, damar kollapsının, miokard infarktının inkişafı xarakterikdir. Anafilaktik şokun respirator əlamətləri nəzərə çarpan təngnəfəslik, rinoreya, disfoniya, fitverici tənəffüs, bronxospazm və asfiksiyalardır. Neyropsixi pozulmalar güclü baş ağrısı, psixomotor oyanıqlıq, qorxu hissi, təlaş, qıcolma sindromu ilə xarakterizə olunur. Çanaq orqanlarının funksional pozulmaları, yəni qeyri-iradi sidik ifrazı və defekasiya meydana çıxa bilər. Anafilaksiyanın dəri əlamətləri eritemalar, övrə, angioödemdir.

 

Həkimin sözlərinə görə, klinik mənzərə anafilaksiyanın ağırlıq dərəcəsindən asılı olaraq fərqlənir. 4 ağırlıq dərəcəsi ayırd edilir:

 

Şokun I dərəcəsində pozulmalar zəifdir, arterial təzyiq 20-40 mm c.s. azalır. Huş pozulmur, pasiyenti boğazda quruluq, öskürək, döş sümüyü arxasında ağrılar, hərarət hissi, ümumi narahatlıq, bəzən dəridə səpkilər narahat edir.

Anafilaktik şokun II dərəcəsi üçün klinikanın daha çox təzahürü xarakterikdir. Bu zaman sistolik arterial təzyiq 60-80, diastolik 40 mm c.s.-a qədər düşür. Xəstəni qorxu hissi, ümumi zəiflik, başgicəllənmə, dəridə qaşınan səpkilər, Kvinke ödemi, udqunma və danışıq zamanı çətinlik, qarında və beldə ağrılar, döş sümüyü arxasında ağırlıq hissi, sakitlik vəziyyətində təngnəfəslik narahat edir. Tez-tez təkrar qusma meydana çıxır, sidik ifrazı və defekasiya proseslərinə kontrol pozulur.

 

Şokun III ağırlıq dərəcəsi sistolik arterial təzyiqin 40-60, diastolik arterial təzyiqin 0 mm c.s.-a qədər azalması ilə təzahür edir. Huş itirilir, bəbəklər genişlənir; soyuq, yapışqan dəri, sapabənzər nəbz təyin olunur; qıcolma sindromu inkişaf edir.

 

Anafilaksiyanın IV dərəcəsi ildırımsürətli gedişə malik olur. Bu zaman xəstə huşsuz olur, AT və nəbz müəyyənləşdirilmir; ürək fəaliyyəti və tənəffüs dayanır. Pasiyentin həyatını xilas etmək üçün təxirəsalınmaz reanimasion tədbirlər vacibdir.

 

Nərminə xanım bildirdi ki, şok vəziyyətindən çıxdıqdan sonra xəstədə zəiflik, süstlük, tormozlanma, hərarət, mialgiyalar, artralgiyalar, təngnəfəslik, ürək ağrıları davam edir:

 

“Ürəkbulanma, qusma, bütünlüklə qarında ağrılar qeyd oluna bilər. Anafilaktik şokun kəskin təzahürləri söndükdən sonra, yəni ilk 2-4 həftə tez-tez bronxial astma və residivləşən övrə, allergik miokardit, hepatit, qlomerulonefrit, sistemli qırmızı qurdeşənəyi, düyünlü periarteriit və s. şəklində ağırlaşmalar inkişaf edir”.

 

Anafilaktik şokun diaqnozuna gəlincə, həkim-terapevt deyir ki, bunun diaqnozu əsasən klinik simptomatikaya görə qoyulur:

 

“Ətraflı anamnez, laborator analizlər və allerqoloji sınaqların aparılmasına zaman qalmır. Anafilaksiyanın inkişaf etdiyi şəraitin dəyərləndirilməsi diaqnostikada kömək edə bilər.

Obyektiv müayinə zamanı xəstənin ümumi vəziyyəti, orqan və sistemlərin funksiyaları qiymətləndirilir. Anafilaktik şoku olan pasiyentin vizual müayinəsində huşun aydınlığını, bəbək reflekslərinin saxlanmasını, tənəffüsün dərinliyi və tezliyini, dəri örtüklərinin vəziyyətini, sidikifrazı və defekasiya üzərində kontrolun saxlanmasını, qusmanın olub-olmamasını, qıcolma sindromunu müəyyənləşdirməyə imkan verir. Daha sonra periferik və magistral arteriyalarda nəbzin olub-olmaması və xarakteri, arterial təzyiqin səviyyəsi, ürək tonları və ağciyər tənəffüsünün auskultativ göstəriciləri təyin olunur.

Anafilaktik şoku olan pasiyentə təxirəsalınmaz yardım edildikdən və həyati təhlükə yaradan amil likvidasiya olunduqdan sonra diaqnozu dəqiqləşdirmək və oxşar simptomatikalı başqa xəstəlikləri inkar etmək üçün laborator və instrumental müayinələr aparılır. Laborator ümumi klinik müayinələr zamanı qanın klinik analizi həyata keçirilir, respirator və metabolik asidozun ifadəliliyi dəyərləndirilir, su-elektrolit balansı, qanın laxtalanma sisteminin göstəriciləri və s. müəyyənləşdirilir”.

 

 

N.Abbasova bildirdi ki, Anafilaktik şok zamanı müalicə tədbirləri həyati vacib orqan və sistemlərin funksiyalarının aradan qaldırılmasının sürətlənməsinə yönəlir. Onun sözlərinə görə, ilk növbədə allergenlərlə dəf etmək, ehtiyac olarsa, venoz ödemləri məhdudlaşdırmaq məqsədilə dərman yeridilən və ya həşərat dişlədiyi nahiyədən yuxarıya sıxac bağlamaq, həmçinin həmin yeri adrenalin məhlulu ilə işləmək və soyuq qoymaq kimi tədbirlər həyata keçirilir. Tənəffüs yollarının keçiriciliyinin bərpası, ağciyərlərə təmiz havanın daxil olmasının təmini vacibdir:

 

“Simpatomimetiklərin (adrenalin) təkrar dərialtı tətbiq olunur, sonra xəstənin vəziyyəti yaxşılaşanadək damcı-damcı venadaxili yeridilir. Anafilaktik şokun ağır formalarında dopamin fərdi seçilmiş dozalarda venadaxili təyin olunur. Təxirəsalınmaz yardım sxemi qlükokortikoidlər, sirkulyasiya edən qanın ümumi həcmini, hemokonsentrasiyanı və arterial təzyiqin qəbul olunmuş səviyyəsini bərpa edən infuzion terapiyadan ibarətdir. Simptomatik müalicədə antihistamin preparatlar, bronxolitiklər, diuretiklər istifadə olunur.

Anafilaktik şoklu pasiyentin stasionar müalicəsi 7-10 gün ərzində aparılır. Sonralar mümkün ağırlaşmaların aşkarlanması və vaxtında müalicəsi məqsədilə xəstə müşahidədə olmalıdır. Anafilaktik şok zamanı proqnoz vaxtında, adekvat müalicə tədbirləri, xəstənin ümumi vəziyyəti və yanaşı gedən xəstəliklərdən asılıdır".

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Anafilaktik şokdan əziyyət çəkənləri müalicə olunmaları üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

LƏMANİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Polad Həşimovun adı küçəyə verildi

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"