Bloklanan “Email”i açmaq olar?

09:14 08-09-2020 | icon 240 | Maraqlı
Bloklanan “Email”i açmaq olar?

Ancaq poçt xidmətlərinin istifadəçinin hesabını bloklamaq hüququ var. Onlar bunu hakerlik, “spam” göndərmə şübhəsi və ya dövlət, yaxud əlaqədar qurumların istəyi ilə edirlər. Bloklamanın səbəblərindən asılı olaraq onu açmağın müxtəlif yolları var.

 

“Praym”ın məlumatına görə, bu barədə “Sinergiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.

 

Onun sözlərinə görə, bloklama daha çox poçt xidmətində şübhəli fəallıq (yeni bir yerdən daxil olmağa çalışmaq, parolları yoxlamaq) müşahidə ediləndə baş verir:

 

“İkinci ümumi səbəb şəxsi poçt qutusundan kütləvi şəkildə göndərilmələrdir. Bundan başqa ünvan sahiblərindən çox şikayət olarsa “spam” vəziyyətinə düşəcəksiniz. Üçüncü, ən az yayılmış səbəb dövlət qurumlarının və əlaqədar şöbələrin istəyi ilə bloklanmadır”.

 

S.Kosarev bildirib ki, bu vəziyyətdə, şəxsi məxfi məlumatları qorumaq üçün qutu kilidlənir: 

 

“Şifrəni artıq istifadə edə bilmirsinizsə, məktublara giriş əldə etmək üçün mobil telefondan istifadə etməlisiniz. Yuxarıda sadalanan hallar baş verəndə telefonunuza təhlükəsizlik kodu gələcək. Onu xüsusi qapalı bir pəncərəyə daxil edin və poçtunuzu açın. Bu poçtun sahibi olduğunuzu sübut etməyin ən asan yoludur”.

 

Mütəxəssis telefonun əvvəlcədən qoşulmadığı halda “dəstək xidməti” ilə əlaqə saxlamağı və məktub yazmağı tövsiyə edir. Onun sözlərinə görə bir qayda olaraq bu kimi məsələlərə üç gündən gec baxılmır.

 

“Əvvəllər cavabı yalnız sizin bildiyiniz gizli bir sualın qeydə alınması üsulu da məşhur idi. İndi isə təhlükəsizlik baxımından iki faktorlu doğrulamadan istifadə etmək daha ağıllı seçimdir”, - deyə S.Kosarev sözlərini yekunlaşdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

İtmiş oğullarına 38 ildən sonra qovuşdular - VİDEO

Koronavirusla bağlı SON STATİSTİKA

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ