"Paşinyan bu məsələdə də böyük səhvə yol verir"

17:05 27-07-2018 | icon 96 | Siyasət
"Paşinyan bu məsələdə də böyük səhvə yol verir"

"Ermənistanın baş naziri Nikol Paşinyanın "Exo Moskvı" radiosuna müsahibəsində səsləndirdiyi fikirlər qeyri-obyektiv və gülüncdür".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu politoloq, Qərb-Xəzər Universitetinin professoru Fikrət Sadıxov deyib.

N.Paşinyan müsahibədə həmçinin bildirib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) guya SSRİ qanununa əsasən Azərbaycanın tərkibindən çıxıb.

F.Sadıxov qeyd edib ki, N.Paşinyan bu məsələdə də böyük səhvə yol verir:

 

"DQMV SSRİ vaxtında sovet qanunu ilə Azərbaycan SSR-in tərkibindən çıxmaq hüququna malik deyildi. Ümumiyyətlə, belə bir hüquqa ittifaq respublikalarının tərkibində heç bir muxtar vilayət sahib deyildi. O ki qaldı bir neçə nəfərdən ibarət vilayət şurası əsrlərlə Dağlıq Qarabağda yaşamış xeyli sayda azərbaycanlının rəyini nəzərə almadan Azərbaycanın tərkibindən çıxmağa səs versin".

 

Politoloq vurğulayıb ki, Paşinyanın azərbaycanlıların Ermənistanda heç bir zorakılığa məruz qalmadığını iddia etməsi növbəti sarsaqlıqdır:

 

"Axı 10-larla qətlə yetirilmiş, yaralanmış, şikəst edilmiş azərbaycanlı vardı. 250 min insan öz tarixi torpaqlarından - indiki Ermənistan ərazisindən qovuldu. Bir sözlə, bu o qədər sərsəm iddiadır ki, şərh etməyə dəyməz".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS