Ombudsman Səbinə Əliyeva Tofiq Yaqubluya baş çəkib

 

12:14 08-09-2020 | icon 63 | Cəmiyyət
Ombudsman Səbinə Əliyeva Tofiq Yaqubluya baş çəkib
 

 

 

Vəkil Aqil Layıc: “Onun durumu elədir ki, gözləmək vaxt itirməkdir”

 

Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökm sentyabrın 3-də çıxarılsa da, sentyabrın 7-dək onun özünə və müdafiəçilərinə təqdim olunmayıb. Bu haqda onun vəkili Aqil Layıc məlumat verib. Qanuna görə, hökmdən 20 gün ərzində apelyasiya şikayəti verilə bilər. Lakin T.Yaqublunun vəkili deyir ki, onun 6 gündür aclıq etməsini, artıq səhhətində problemlər yaranmasını nəzərə alaraq, vaxt itirmək istəmir. Vəkil deyib ki, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev 2 dəqiqə ərzində hökmün yalnız nəticə hissəsini elan edib. Ona görə məhkəmənin ittiham hökmü çıxarmasını necə əsaslandırdığı məlum deyil. A.Layıc bildirib ki, hələ məhkəmə iclas protokollarıyla da tanış olmayıblar, məhkəmədəki ifadələrin orada əksini tapıb-tapmadığını bilmirlər: “Ailəsinin istəyi də belə oldu ki, vaxt itirmədən apelyasiya şikayəti verək. Hökmü alandan, protokollarla tanışlıqdan sonrakı iradlarımızı şikayətə əlavə formasında da göndərə bilərik. Tofiq Yaqublunun durumu elədir ki, gözləmək vaxt itirməkdir. Ona görə təcili veririk ki, qısa müddətdə baxılsın”.

 

Vəkil apelyasiya şikayətini sentyabrın 7-də məhkəməyə təqdim edib. Müdafiəçi Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasında T.Yaqublu ilə də görüşüb, onun durumunun yaxşı olmadığını bildirib.

 

Azay Quliyev üçün özəl gün - FOTOLAR - modern.az

Versus.az xəbər verir ki, deputat Azay Quliyev Gununsesi.info-ya açıqlamasında deyib ki, Azərbaycan hüquqi dövlət olduğundan hər kəs insan hüquqları ilə bağlı məsələlərin ölkə daxilində hüquqi müstəvidə həllini istəyir: “Bu baxımdan yanaşanda hesab edirəm ki, Tofiq Yaqublu barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmdən verilən şikayət apelyasiya instansiyasında obyektiv baxılacaq. Mən buna ümid edirəm. Bu iş tam obyektiv araşdırılmalıdır. Ona görə bunu istəmirik ki, Azərbaycana hansısa beynəlxalq təşkilatdan təzyiq edilir və yaxud da çağırışlar var. Dediyim kimi, Azərbaycan dövləti özü vətəndaşın hüquqlarının təminatında maraqlıdır. Ölkəmizdə instansiya məhkəmələri mövcuddur. Birinci instansiyadan narazı qalan vətəndaş daha yuxarı məhkəmə orqanlarında özünün şikayətini verə bilər”.

Qüdrət Həsənquliyev: "Tələsmədən işləməliyik” - MÜSAHİBƏ

Xatırladaq ki, bir neçə gün əvvəl deputat Qüdrət Həsənquliyev də Tofiq Yaqublu ilə bağlı ölkə başçısına müraciət edib.

“Mən Azərbaycan Respublikasının Prezidentinə müraciət edirəm  ki, Tofiq Yaqublunun ailəsinin  çox acılar yaşamasını  və onun  torpaqlarımız uğrunda döyüşüb yaralanmasını, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə olmasını nəzərə alıb, humanistlik nümayiş etdirərək Tofiq Yaqublunu əfv edib, cəzasının çəkilməmiş hissəsinin şərti tətbiq olunması barədə qərar qəbul etsin.  Güclülərin və böyüklərin bağışlamağı bacarması hər zaman, bütün dövrlərdə ictimaiyyət tərəfindən təqdir olunub. Düşünürəm  Prezidentin belə qərarı olarsa xalqımız da bunu alqışlayardı”, - deyə Qüdrət Həsənquliyev bildirib.

Ötən gün ombudsman Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Versus.az xəbər verir ki, bu barədə mətbuata Ombudsman Aparatından məlumat verilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı bu müəssisədə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb.

Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə şəxs, o cümlədən qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Tofiq Yaqublu konfidensial qaydada qəbul olunub.

Qəbulda T.Yaqublu barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib.

Qəbul çərçivəsində saxlanılan şəxslərə ombudsmanın səlahiyyətləri barədə məlumat və qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, ərizələri qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunacaq./Yeni Müsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

İtmiş oğullarına 38 ildən sonra qovuşdular - VİDEO

Koronavirusla bağlı SON STATİSTİKA

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ