Meksikanın nüfuzlu “El Economista” qəzetində Ermənistan təcavüzündən bəhs olunub

12:39 08-09-2020 | icon 70 | Siyasət
Meksikanın nüfuzlu “El Economista” qəzetində Ermənistan təcavüzündən bəhs olunub

Versus.az yerli mediaya istinadla xəbər verir ki, Meksikanın nüfuzlu “El Economista” qəzetində “Azərbaycan öz torpaqlarının geri qaytarılmasını istəyir” sərlövhəli məqalə dərc olunub.

 

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, məqalədə ilk öncə Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsi nəticəsində iki ölkə arasında artıq 30 ildir ki, davam edən Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələyə qədəm qoymasın və iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində silahlı qarşıdurmanın baş tutması barədə oxuyuculara məlumat verilir.

Yazıda Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbovla müsahibəyə istinad edilərək, Azərbaycanın regionda daima sülhün tərəfdarı olduğu, lakin Ermənistanın təxribatlarının cavabsız qalmayacağı və öz ərazisində başqa dövlətin silahlı qüvvələrinin olmasına dözməyəcəyi qeyd olunur.

Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən etibarən növbəti dəfə atəşkəs rejimini pozaraq ordumuzun dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərinə qəfil hücumlar təşkil etməsindən bəhs edən Məmməd Talıbov, nəticədə Azərbaycan ordusunun 11 hərbi qulluqçusunun  və bir dinc sakinin həlak olduğunu, bir neçə hərbi qulluqçunun isə yaralandığını bildirib. O həmçinin, Ermənistan tərəfinin belə təxribatlar törətməkdə məqsədinin, həmin bölgədən keçən Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələrinin təhdid altına alınması, eyni zamanda dünya ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalı və orada yaşayan dinc əhaliyə qarşı etnik təmizləmənin həyata keçirilməsi faktından, habelə COVID-19 pandemiyası ilə əlaqədar bu ölkədə yaranmış ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmaq olduğunu qeyd edib.

Diplomat Ermənistanın işğalçı siyasətinin nəinki münaqişənin sülh və danışıqlar yolu ilə həll olunması məsələsinə və Azərbaycana, həmçinin  Ermənistan xalqına da mənfi təsir göstərdiyini bildirib. O, Azərbaycan üçün sülh prosesinin işğal olunmuş 20% ərazisinin geri qaytarılması və bir milyonadək məcburi köçkünün öz torpaqlarına qaytarılması ilə başlaya biləcəyini, həmçinin Azərbaycanın ATƏT-in Minsk Qrupu çərçivəsində bu istiqamətdə substantiv danışıqlar prosesini davam etdirməyə hazır olduğunu qeyd edib.

Səfir bildirib ki,  beynəlxalq ictimaiyyətin Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsini qəti şəkildə tələb etməsinin vaxtı çatıb. O həmçinin, bu məsələdə tutduğu mövqeyə və münaqişənin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həllini dəstəklədiyinə görə Meksika tərəfinə təşəkkürünü bildirib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN

Milli Kitabxanada “Beynəlxalq Sülh Günü” - SƏRGİ