Onkoloji xəstələrin sayı artıb

14:29 08-09-2020 | icon 197 | Sağlamlıq
Onkoloji xəstələrin sayı artıb

Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artıb.

 

Versus.Az xəbər verir ki, Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin (bədxassəli şişlərlə) ötənilki sayı 2018-ci ildəki (48 685) göstəricidən 52 718-ə yüksəlib. 2017-ci ildə bu say 45 756, 2015-ci ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub.

 

2019-cu ildə ölkədə 12 107 nəfərə ilk dәfә onkoloji diaqnoz qoyulub ki, bu say 2018-ci ildə 11 123, 2005-ci ildə 6 277 olub.

 

2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinin 74,9 nəfərinə ilk dәfә onkoloji diaqnoz qoyulduğu halda, 2018-ci ildə bu say artaraq 113,3-ə, 2019-cu ildə 122,2-ə yüksəlib.

 

Ötən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 5 807-i (2018-ci ildə 5 468) kişi, 6 300-ü (2018-ci ildə 5 655) qadın olub.

 

Keçən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 129-u (2018-ci ildə 103) yaşı 13-dək olan uşaqlar, 38-i (2018-ci ildə 21) 14-17 yaşlı uşaqlar, 237-i (2018-ci ildə 243) 18-29 yaşlı gənclər, 296-sı (2018-ci ildə 254) 30-34 yaşlı, 414-ü (2018-ci ildə 366) 35-39 yaşlı insanlardır.

 

Onkoloji diaqnoz qoyulan insanların böyük hissəsi yaşı 40-dan çox olanlardır.

 

Keçən il 5 361 nəfər (2018-ci ildə 44 836) 40-59 yaşlı, 5 632 nəfər (2018-ci ildə 5 300) 60 vә yuxarı yaşlı insana ilk dəfə onkoloji diaqnoz qoyulub. Ötən il onkoloji diaqnoz qoyulanların çoxuna - 2 122 nəfərə (2018-ci ildə 1 799) süd vəzisinin bədxassəli şişi diaqnozu təyin edilib.

 

Ötən il 1 359 (2018-ci ildə 1 341) nəfərə traxeya, bronx, ağciyərin, 1 277 (2018-ci ildə 1 211) nəfərə mədənin, 446 (2018-ci ildə 426) nəfərə qida borusunun, 205 (2018-ci ildə 201) nəfərə ağız boşluğunun və udlaq vəzinin bədxassəli şişi diaqnozu qoyulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Siyasətçinin oğlu ŞƏHİD OLDU

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”