Məlum toy görüntülərinə görə Aysel Teymurzadəni ittiham etdi - VİDEO

15:32 08-09-2020 | icon 60 | Cəmiyyət
Məlum toy görüntülərinə görə Aysel Teymurzadəni ittiham etdi - VİDEO

İlham Əliyev: "Hisslərimi cilovlaya bilmədim, mümkünsə məni bağışlasınlar"

 

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.



Versus.az "Yeni Müsavat"a istinadla xəbər verir ki, azadlığa çıxan Ramiz Mehdiyevin qudası məlum qalmaqallı toyla bağlı açıqlama verib və qalmaqalın səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadəni ittiham edib.

 


O, aşağıdakı fikri söyləyib: "Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel Teymurzadə qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır".

 

Qeyd edək ki, Aysel Teymurzadənin çəkdiyi videogörüntülərin yayılmasından sonra qalmaqallı toyla bağlı ictimaiyyətdə ciddi müzakirələr oldu. Karantin qaydalarını pozaraq toyda iştirak edən bir neçə ictimai şəxs qanunla cəzalandırıldı. 

 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN

Milli Kitabxanada “Beynəlxalq Sülh Günü” - SƏRGİ