"Xaricdəki blogerlərin axtarışa verilməsi düzgün qərardır"

15:59 08-09-2020 | icon 273 | Siyasət
"Xaricdəki blogerlərin axtarışa verilməsi düzgün qərardır"

Hafiz Hacıyev: “Dövlətimizin imicinə zərbə vuran insanların heç biri azadlıqda qalmamalıdır”

 
 

“Ramiz Mehdiyev xaricdəki blogerlərin hamısını maliyyələşdirib söyüş kampaniyasının başında duran adamdır. Ona görə də xaricdəki blogerlərin axtarışa verilməsi qərar düzgün qərardır”.

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
 
Partiya sədri R.Mehdiyevin ətrafında olan adamların da cəzalandırılmasının vacibliyini vurğulayıb:
 
 
“Bu gün ən birinci Ramiz Mehdiyev özü həbs edilməlidir. Məsəl var deyir ki, “ilana zəhər verən kərtənkələ olub”. Deməli, həmişə bunları Ramiz Mehdiyev qızışdırıb. Bütün bunları mən neçə ildir mətbuata açıqlamamda deyirəm. Ramiz Mehdiyev xaricdəki blogerlərin hamısını maliyyələşdirib söyüş kampaniyasının başında duran adamdır. Ona görə də xaricdəki blogerlərin axtarışa verilməsi qərarı düzgün qərardır. Azərbaycan dövlətinin imicinə zərbə vuran insanların heç biri azadlıqda qalmamalıdır. Bu gün RamizMehdiyevin azadlıqda qalması Azərbaycan xalqı üçün təhqirdir. Bunlar birləşib günü-gündən vəziyyəti gərginləşdirirlər. Kürəkəni İlham Əliyevin həbsdən çıxan kimi media nümayəndələrini hədələməsi və başqa şeylərə eyham vurmasının şahidi oldunuz. Ramiz Mehdiyev son xəyanət dolu dörd məqaləsiylə Azərbaycan xalqına od püskürdü. Bunun da əlaltıları o qədər çoxdur ki, hakimiyyətdə və parlamentdə olanların səksən faizi Ramiz Mehdiyevin adamlarıdır. Birinci başdan başlamaq lazımdır, Ramiz Mehdiyevin milyonları üzə çıxıb və niyə bunlar onun əlindən alınmadı? Arvadının adına neçə min hektar torpaq sahəsi var, niyə əlindən alınmamalıdır? Yəni burdan başlamaq lazımdır".
 
 
Abel Məhərrəmov haqqında əlində ciddi məlumatlar oluğunu və onun qərbi azərbaycanlılar arasında ciddi iş apararaq R.Mehdiyevlə komanda olaraq hakimiyyətə gələcəkləri barədə məlumatlı olduğunu deyən H.Hacıyev iddia edir ki, bunların hamısı bir komandadır və Azərbaycan dövlətinə xəyanət etməyə imza atan insanların əlləri kəsilməlidir:
 
 
"Düşünürəm ki, bu gün nə qədər ki, Ramiz Mehdiyev azadlıqdadır və milyardları əlindən alınmayıb, ölkədə heç vaxt sabitlik olmayacaq. Ramiz Mehdiyevin adamlarının hamısı cəzalandırılmalıdır”.
 
 
Xatırladaq ki, Orduxan Bəbirov, Qurban Məmmədov və Tural Sadıqlı beynəlxalq axtarışa verilib. /Moderator.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Siyasətçinin oğlu ŞƏHİD OLDU

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

Bir sıra kəndlərimiz azad edilib

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

"Jurnalistlərimiz öz missiyasını layiqincə yerinə yetirməlidir” - Müsahibə

Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” – Zəfər əmri!