Ermənilərin Ramil Səfərovla bağlı iddiası RƏDD EDİLDİ

16:19 08-09-2020 | icon 69 | Cəmiyyət
Ermənilərin Ramil Səfərovla bağlı iddiası RƏDD EDİLDİ

Məhkəmə Azərbaycan dövlətinin hadisəyə heç bir təsrinin olmadığı qənaətinə gəlib

 

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib.

Versus.az xəbər verir ki, Ermənistandan olan iki şikayətçi - Budapeştdə Ramil Səfərovun öldürdüyü hərbçi Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət təmin edilməyib.

 

Avropa Məhkəməsi iddiaçıların hadisənin Azərbaycanla bağlı olması barədə iddialarını geri çevirərək, Qurgen Markaryanın öldürülməsini Ramil Səfərovun şəxsi addımı kimi qiymətləndirib və Azərbaycan dövlətinin hadisəyə heç bir təsrinin olmadığı qənaətinə gəlib.


Digər qərarda da Macarıstanın Ramil Səfərovu Azərbaycana təhvil verməsində də heç bir prosessual pozuntu aşkarlanmadığı bildirilərək, bu ölkəyə qarşı iddialardan da imtina olunub.

 

İddiaçıların vəkilləri Siranuş Saakyan və Levon Qoryan isə hökmdən Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatasına şikayət edəcəklərini bildiriblər.    

Xatırladaq ki, Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb.

 

O, kursun bitməsinə 20 gün qalmış Ermənistandan olan hərbçi Qurqen Markaryanı onu təhqir etdiyinə görə öldürüb. R.Səfərov 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.



2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya edilib və Prezident İlham Əliyev tərəfindən əfv olunub.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN