"Sanatoriyamızda müalicə alanların sayı 3 dəfə azaldılıb"

16:33 08-09-2020 | icon 177 | Sağlamlıq
"Sanatoriyamızda müalicə alanların sayı 3 dəfə azaldılıb"

Rauf Qurbanov: "3 mərhələri müalicə prosesinin nəticəsində uşaqların immun sistemi güclənir"

 

Respublika Uşaq Sanatoriyasında hal-hazırda paytaxtdan və bölgələrdən olan 82 uşaq müalicə alır, lakin keçmiş illərdə bu say yay aylarında tətil ilə əlaqədar 240-a çatırdı.

 

Versus.az  bildirir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Uşaq Sanatoriyasının Baş həkimi Rauf Qurbanov deyib.

 

Onun sözlərinə görə, hazırda COVID-19 pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, bu rəqəmlər azalıb.

 

Uşaq Sanatoriyasının baş həkimi bildirib ki, burada 182 nəfərlik tibbi heyətin uşaqlara ən yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi üçün geniş imkan yaradılıb. Xəzər dənizinin sahilində yerləşən tibb müasissəsinin əsas məqsədi somatik xəstəliyi olan 2-14 yaş qruplu uşaqların funksional qabiliyyətləri və həyat keyfiyyətinin yaxşılaşdırılması və bərpasıdır. Rauf Qurbanov sanatoriyada, əsasən, tez-tez soyuqdəyməyə meyilli olan, ürək-damar sisteminin qeyri-aktiv və ya remissiya mərhələsində və neyrosirkulyator distoniyası olan, mədə-bağırsaq və tənəffüs orqanlarının xroniki xəstəliklər, onurğa sütununun və döş qəfəsinin deformasiyasından əziyyət çəkən, revmatik xəstəlikləri olan uşaqların müalicə almasını qeyd edib. Bundan başqa, Rauf Qurbanov Respublika Uşaq Sanatoriyasının oyun otaqları, üç dəfə yeməklə təmin edən yeməkxanası, çamaşırxanası, 100 nəfərlik akt zalı, rahat palataların müasir dizaynla təmir olunmasını xüsusi qeyd edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların anaları ilə bərabər qalmağa bütün şəraitin yaradılmasını vurğulayıb.

 

Rauf Qurbanov həmçinin, sanatoriyada həyata keçirilən müalicə proqramı haqqında da məlumat verib. Proqram həkim-pediatrın qəbulu və nəzarəti ilə başlayıb, iqlim terapiya, vanna qəbulu, massaj, fitoterapiya və bədən tərbiyəsi ilə davam edilir. Bunun üçün sanatoriyanın birinci mərtəbəsində elektrokardioqramma (EKQ), fizioterapiya, tədris-təlim, psixologiya, massaj, inqalasiya, ultrasəs müayinəsi, laboratoriya, vanna otaqları fəaliyyət göstərir.

 

Daha sonra Rauf Qurbanov rəhbərlik etdiyi sanatoriyada müalicə prosesinin 3 mərhələdən ibarət olduğunu bildirib. Onun verdiyi məlumata görə, birinci mərhələ adaptasiya dövrüdür və bu müddət ərzində uşağa heç bir müalicə tətbiq olunmur. Ehtiyac olarsa, müayinə aparılır və son klinik diaqnoz təsdiqlənir. İlkin mərhələdə sakit oyunlardan, adaptasiya məqsədilə iqlim terapiyasından (uşaqların təmiz havada gəzdirilməsi, zəif yük ilə hava vannasından, acıq havada gündüz yuxusunun təşkil edilməsi) istifadə olunur. İkinci tonuslaşma mərhələsində uşağın diaqnozuna uyğun olaraq müalicəvi və sağlamlaşdırıcı tədbirlər həyata keçirilir: ümumi, möhkəmləndirici, nevroloji müalicə, müalicəvi bədən tərbiyəsi, massaj və fizioterapiya. Üçüncü tamamlayıcı mərhələdə uşaq orqanizmindəki aktivlik bərpa olunduğundan sonra, o, ümumi rejimə keçirilir. "3 mərhələri müalicə prosesinin nəticəsində uşaqların immun sistemi güclənir, sağlamlığı möhkəmlənir, fiziki aktivliyi artır, həzm orqanlarının işi normallaşır, il ərzində qrip xəstəliyinə yoluxma riski azalır, sinir sisteminin vəziyyəti sakitləşir" - baş həkim fikrini tamamlayıb.

 

Bundan başqa, Rauf Qurbanov bildirib ki, sanatoriyaya uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən verilən AR Səhiyyə Nazirliyi Sanatoriyasına göndəriş (Forma 076) əsasında qəbul edilir. Müalicə profilaktika müəssisələrinin həkimləri (sahə pediatrları) şöbə müdirləri, həkim komissiyasının qərarı ilə sanator müalicəyə ehtiyacı olan uşaqlara icrası tələb olunan müayinələr və mütəxəsisslərin baxışı siyahısını rəhbər tutaraq, müvafiq göstərişlərə əsasən sanator-kurort kartı verir.

 

Respublika Uşaq Sanatoriyasının baş həkimi Rauf Qurbanov aşağıdakı sözlərlə öz müsahibəsini yekünlaşdırdı: "Nəzərə alsaq ki, fizioterapiya təhlükəsiz müalicə üsulu sayılır, bu tibb müalicə və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli istiqamətlərdən biridir. Mən kollektivimizdə işləyən mütəxəssislərin simasında bütün fizioterapevtləri Dünya Fizioterapiya Günü münasibətilə təbrik edib, onların əməyini yüksək dəyərləndirirəm. Xəstənin gərginliyini azaltmağa və onun orqanizmini xoşagəlməz xəstəliklərdən qorumağa kömək edən fizioterapevtlər səhiyyəmizin əvəzolunmaz hissəsidir".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”