Əli Həsənovla bağlı növbəti iddia...

16:58 08-09-2020 | icon 175 | Cəmiyyət
Əli Həsənovla bağlı növbəti iddia...

Ötən ayın 19-da Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yarandığı və təcili olaraq Türkiyəyə yola salındığı bildirilir.

 

Versus.az  xəbər verir ki, Yeniavaz.com səhhətində ciddi problemlər yarandığı üçün Türkiyəyə yola düşdüyü iddia edilən Əli Həsənovun orada xəstəxanaya deyil, otelə yerləşdiyini yazıb.

 

Türkiyə hökumətinə yaxın mənbədən daxil olan məlumatda bildirilir ki, İstanbulda onlarla qohumu və dostu olduğu halda Əli Həsənov qalacağı yeri onlardan gizli saxlamaq üçün oteli “booking.com” vasitəsilə sifariş edib.

 

Onun bir neçə il əvvəl Əli Həsənovun qudası, millət vəkili Səttar Möhbalıyevin həyat yoldaşının vasitəçiliyi ilə İstanbulun ən bahalı yaşayış məkanlarından hesab olunan “Bal Mumcu” ərazisində 75 milyon lirəyə villa aldığı bildirilir. Lakin maraqlıdır ki, İstanbulda bahalı villasının olmasına baxmayaraq, Əli Həsənov öz villasında qalmaq istəməyərək İstanbulun “Moda” adlanan ərazisindəki “Double Tree” otelində qalmağa üstünlük verib.

Mənbənin verdiyi məlumatda qeyd olunur ki, adına onlarla bank kartı olmasa da, Əli Həsənov oteldə kredit kartı olmadığını bildirərək, bütün ödəmələrin nağd şəkildə həyata keçiriləcəyini deyib.

Bildirilir ki, səhhətində ciddi problemlər yarandığı deyilən və bu səbəbdən Türkiyəyə gedən Əli Həsənov Türkiyənin heç bir həkiminə güvənməyərək, orada dostu olan azərbaycanlı həkimin müayinəsinə gedir.

İstanbula səfərinin müalicə xarakterli olduğu bildirən Əli Həsənov orada “Mərmərə Qrupu"nun üzvləri ilə hər gün görüş keçirir. Qeyd edək ki, “Mərmərə Qrupu”nun rəhbəri Akkan Suvər 1987-1995-ci illərdə Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub.

4 sentyabr tarixində Feysbuk sosial şəbəkəsindəki hesabında səhhətinin ağır olduğundan yazan Əli Həsənov elə mesajı yazdığı vaxt İstanbuldan Antalyaya səfər edib və maraqlıdır ki, İstanbuldan Antalyaya təyyarə ilə yox, avtomobilə gedib.

Əli Həsənovun Türkiyə səfərilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, Əli Həsənovun oğlu Şamxal Həsənov atası ilə eyni təyyarədə İstanbula getməyib. Yalnız atasının İstanbula getməsindən 2 gün sonra Şamxal Həsənov da İstanbula gəlib. Əli Həsənov Antalyaya yola düşən zaman oğlu Şamxal Həsənov da Misir Hava Yollarına bilet alaraq Ərdoğan höküməti ilə ziddiyyətdə olan Qahirəyə gözlənilməz səfər edib. 

 

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

İtmiş oğullarına 38 ildən sonra qovuşdular - VİDEO

Koronavirusla bağlı SON STATİSTİKA

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ