Ramiz Mehdiyev direktor müavinini işdən çıxardı

17:09 08-09-2020 | icon 210 | Cəmiyyət
Ramiz Mehdiyev direktor müavinini işdən çıxardı

"Vikipediya" hərəkatının tanınmış simalarından olan Elnur Eltürk işdən çıxarıldı.

 

Versus.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk işdən çıxıb. 

 

AMEA-dan əldə etdiyimiz məlumata görə, onun hansı səbəblərdən ərizəsini yazdığı hələlik bəlli deyil.

 

Məlumat verən mənbə onu da bildirib ki, bir neçə aydır Elnur Eltürklə akademiyanın rəhbərliyi arasında soyuqluq yaranmışdı.

 

Xatırladaq ki, Elnur Eltürkün fəaliyyəti nəticəsində Azərbaycan vikipediya sahəsində ciddi irəliləyişlər əldə edib. Onun formalaşdırdığı komanda uğurlara imza atıb. Belə bir uğurlu kadrın işdən ayrılması paradoksdur və günümüzlə səsləşmir. AMEA-nın bunu necə əsaslandıracağı maraq doğurur.

 

Qeyd edək ki, Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. Onun ölkədə "Vikipediya" sisteminin qurulmasında xüsusi xidmətləri olub. Ölkədə "Vikipediya" hərəkatı onun fəaliyyəti dövründə inkişaf etməyə başlayıb. Çoxsaylı və uğurlu təlimlər keçirilib. "Vikipediya"nın reytinq cədvəlində Azərbaycan irəliləyib. Həmçinin onun Azərbaycanın diaspor hərəkatında da ciddi fəaliyyəti var. On ildən coxdur ki, bu istiqamətdə fəaliyyət göstərir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN

Milli Kitabxanada “Beynəlxalq Sülh Günü” - SƏRGİ