Belçika şırkəti “Kor ərəbin mahnısı”nın mənimsənilməsini etiraf etdi

19:30 08-09-2020 | icon 153 | Mədəniyyət
Belçika şırkəti “Kor ərəbin mahnısı”nın mənimsənilməsini etiraf etdi

İctimaiyyətə məlumat verdiyimiz kimi, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənilərək “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilmiş və bir sıra platformalarda yayımlanmışdı.


Bununla əlaqədar, Əqli Mülkiyyət Agentliyi və Fikrət Əmirovun vərəsələri tərəfindən müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması ilə əlaqədar musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətinə qarşı müvafiq tələblər irəli sürülüb.


Versus.az xəbər verir ki. Əqli Mülkiyyət Agentliyinə daxil olmuş yeni məktubda “Muziekpublique” şirkətinin direktoru Peter Van Rompaey və şirkətin koordinatoru Kenza Ismaili şirkət adından edilmiş səhvin səbəb olduğu bütün ziyanlara görə üzr istəyiblər.

Onlar bu musiqinin ənənəvi (folklor nümunəsi) musiqi olmadığını bilmədiklərini, əks halda onun albomda istifadəsinə görə icazə istəməli olduqlarını etiraf edərək, bu vəziyyətdən çox üzgün olduqlarını qeyd ediblər.


Şirkət Fikrət Əmirovun vərəsələrinin məyusluğunu tamamilə başa düşürək edillən səhvləri düzəltməyə hazır olduğunu da bildirib.


Bundan əlavə, məktubda “Karin” albomunun yenidən hazırlanması zamanı “Houcher” mahnısının mütləq siyahıdan çıxarılacağı, o cümlədən adıçəkilən musiqinin Vardan Hovanissian və Emre Gültəkinə aid olmadığı, “Kor ərəbin mahnısı” orijinal adı ilə Fikrət Əmirov tərəfindən bəstələndiyi və Şirkətin bununla bağlı səhv etdiklərini ictimaiyyətə çatdırmaq üçün kommunike buraxılacağı, eləcə də Şirkətin “Houcher” mahnısının bütün platformalardan silməyə hazır olduğu vurğulanıb.


Plagiatçılıqla məşğul olanlara qarşı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi Əqli Mülkiyyət Agentliyinin və Fikrət Əmirovun vərəsələrinin ciddi nəzarətindədir. Məsələnin gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Siyasətçinin oğlu ŞƏHİD OLDU

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

Bir sıra kəndlərimiz azad edilib

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

"Jurnalistlərimiz öz missiyasını layiqincə yerinə yetirməlidir” - Müsahibə

Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” – Zəfər əmri!